Çingiz Dəmir oğlu Sadıqov () — Azərbaycan ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990-1995).

Həyatı 1944-cü il yanvar ayının 5-də Gəncə şəhərində anadan olub. 1973-1975-ci illərdə Xanlar rayon Aqrar İstehsalat Birliyinin direktor müavini işləyib. 1975-1990-ci illərdə Xanlar rayon və Gəncə şəhər Partiya Komitələrində müxtəlif məsul vəzifələrdə çalışıb.

1990-1995-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri olub.http://62.212.244.9/az/1prezident2003/qerar/qerar%208-51.htm

1995-ci ildə deputatlığa Gəncədən namizəd olmuş, rəqibi Həsən Həsənov olmuşdur. Bu dairədən heç kim deputat seçilə bilməmişdir.

1999-cu ildə yaradılan Azərbaycan Tərəqqi Partiyasının qurucusu və ilk sədri olub. 2003-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Vahid Azərbaycan Partiyasının prezidentliyə namizədi olub. Daha sonra namizədliyini geri götürüb.

Çingiz Dəmiroğlu 25 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat edib. Qəbri Gəncənin Fəxri Xiyabanındadır.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları