() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Təsviri Növə bu adın verilməsinə səbəb, sinəsindəki iki qara ləkənin olmasıdır. Çöl torağayına çox bənzəyir, ondan bir az kiçik, ancağ daha iri dimdikli, qısa quyruqlu və qırmızımtıl rəngdədir. Sinə ləkələri daha kiçik, gözü tünd qara, qaşı dümağ və daha diqqətə çarpandır. Gözdən dimdiyə doğru gedən qara xətt vardır. Uçuşda, alt hissəsi boz-qəhvəyi, qısa geniş qanadları və ağ uclu qısa, amma kənarları ağ olmayan quyruğu görsənir. Quyruq naxışları və qanadları, qərbli qohumlarından ayıran xüsusiyyətləridir. Qanad ucları itidir. Göz və dimdik arasındakı qaralıq və quyruğun qırağındakı ağ xətt çöl torağayında olmur. Boyu 16-18 sm, qanad açıqlığı 37 sm və çəkisi 55 qramdır.
Yayılması Növlər dünya miqyasında böyük yayılma arealına malikdir. Qərbi Avropadan Türkmənistana qədər yayılmışdır. Azərbaycanda yuvalamada Zuvand yaylasında, Naxçıvan Muxtar Respublikasının isə Arazboyu düzənlik və orta dağlıq zonalarında yayılmışdır. Əsas populyasiyası Culfa rayonunun İlandağ və onun ətrafındakı ərazilərdə (Baş kənd, Orta kənd və Aşağı kənd) tarla və açıq sahələrdə rast gəlinir.
Həyat tərzi Daha yüksək, kələ-kötür və quraq ərazilərdə olur. Yüksək, yarıcöl, qayalıq bölgə quşudur. Yuvasını yerdə qurur və 3-4 ədəd yumurta qoyur. Böcək və toxumlarla bəslənirlər. Qışda dəstə halıda yaşayırlar. Ümumiyyətlə, immiqrant olan bu növ, qışı Şimal-şərqi Afrika, Orta Şərqdən Pakistan arasında, Hindistanda və Tibetdə keçirir. Qərbi Avropa üçün nadir immiqrant növüdür.
Sayı Avropada sayı 1,000,000-2,200,000 cüt olduğu qeyd edilir. Sayı olduqca az olmaqla, Azərbaycanda, əsasən Naxçıvan Muxtar Respublikasında 100-500 cüt arasında qiymətləndirilir.
Azalma səbəbləri Davamsız otarma və ərazlərdə əkin-biçin işləri, maşın-texnikanın hərəkəti səbəb ola bilər.
Qorunması üçün qəbul edilmiş tədbirlər Yaşayış ərazilərinin Zəngazur Milli Parkı, Ordubad və Zuvand yasaqlığı tərkibində olması faydalıdır. Bern konvensiyasına daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Yaşayış ərazilərində otarmanın, otların biçilməsinin, əkin işlərinin və texnikanın hərəkətinin məhdudlaşdırılması faydalı ola bilər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1832-ci ildə təsvir edilən quşlar