Yuran Məmmədov (tam adı:Məmmədov Yuran Əli oğlu;) — rəssam

Həyatı

Məmmədov Yuran Əli oğlu 1934-cü il 15 apreldə Naxçıvan şəhərində anadan olmuşdur.

Ailəsi

Qızı Günel Yuran rəssamdır. Moskvada yaşayır.

Ölümü

18 iyun 1984-cü ildə Riqada vəfat etmişdir. Naxçıvanda dəfn edilib. Təhsili 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını,1960-cı ildə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir.

Yaradıcılığı Sənət yaradıcılığı

Protret, natürmort, tematika kompozisiyalı tablolar ( "Haçadağ", "Batabat", "Əlincə qalası", "Vayxır kəndi", "Araz", "Şahbuz mənzərələri", "Naxçıvanda bahar", "Bizim ailə", "Vətən uğrunda" və s.) yaratmışdır. 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam işləmiş, onlarla tamaşaya ["Ölülər", "Dəli Yığıncağı" Cəlil Məmmədquluzadə), "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Yağışdan çıxdıq, yağmura düşdük" (Nəcəf bəy Vəzirov), "Sənsiz" Şıxəli Qurbanov, "Günəş" (Hüseyn Razi), "Alınmaz qala" (Həsən Elsəvər), "Toros canavarları" (Əziz Nesin), "Ağır cəza" R.Kauqver) və s.] tərtibat vermişdir.

Sərgiləri

Naxçıvanda,Bakıda Leninqradda (indiki Sankt-Peterburq), Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilmişdir. Əsərləri Rauf Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və s. muzeylərdə saxlanılır.

Xatirəsinə həsr olunmuş sərgilər 2004- cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda 70 illik yubileyi münasibətilə anım günü və əsərlərinin sərgisi keçirilmişdir.

2005-ci ildə rəssamın Moskvada Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın rəngi”, 2010-cu ildə Krokus-Ekspoda “Üslub və müasirlik”, 2012-ci ildə Mərkəzi Rəssamlar Evində “Tütək səsi”, 2013-cü ildə “ Səmanın ənginliyində” adlı sərgiləri keçirildimişdir.2014-cü ilin iyun ayında rəssamın 80 illik yubileyi münasibətilə Moskvada və Bakıda əsərlərinin fərdi sərgiləri açılmışdır.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:15 apreldə doğulanlar Kateqoriya:1934-cü ildə doğulanlar Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:18 iyulda vəfat edənlər Kateqoriya:1984-cü ildə vəfat edənlər Kateqoriya:Riqada vəfat edənlər Kateqoriya:Naxçıvanda dəfn olunanlar Kateqoriya:Ürək çatışmazlığından ölənlər