Mirzə Məmmədquluzadə (tam adı:Məmmədquluzadə Mirzə Ələkbər Məmmədqulu oğlu; )— ziyalı, ictimai xadim.
Həyatı və təhsili
1872-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Cəlil Məmmədquluzadə qardaşıdır.Mollaxanada, Naxçıvan şəhər ibtidai məktəbini oxumuşdur. Qori Müəllimlər Seminariyasına daxil olmaq təşəbbüsü nəticəsiz qalmışdır.
Ölümü 22 may 1922-ci ildə Ağcabədi rayonun Kəhrizli kəndində vəfat edib.
Fəaliyyəti
Cənubi Azərbaycan məşurət hərəkatında iştirakı
Cənubi Azərbaycan məşurətə hərəkatında fəal iştirak etmiş, Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınmış, Şeyx Məhəmməd Xiyabani ilə ünsiyyət saxlamışdır. Molla Nəsrəddin jurnalının Cənubi Azərbaycanda əsas abunə müvəkkili olmuşdur.
Əmək fəaliyyəti
Sovet hakimiyyəti illərində və ondan əvvəl çox vaxt Kəhrizlidə yaşamış Həmidə xanım Məmmədquluzadə-Cavanşirə məxsus təsərrüfatın idarə olunmasında ona yaxından köməklik göstərmişdir.
Ədəbiyyat İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühit və müasirləri, Bakı, 1997; İsa Həbibbəyli, Mirzə Cəlilin nəsil şəcərəsi,"Qobustan" toplusu, 1999, №2;
Mənbə