Müslim rayonu () — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimal-şərqdə Aktanış, şimalda Minzələ ilə, qərbdə Sarman ilə, cənub-qərbdən respublikanın Aznakay rayonları ilə, cənub-şərqdə Başqırdıstan Respublikası ilə (Bakalı rayonu) həmsərhəddir. Rayonun inzibati mərkəzi Müslim kəndidir. Tarixi 1920-ci ilə qədər Müslim rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasına daxil idi. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sosialist Sovet Respublikasının tərkibinə daxil olur. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Minzələ və Sarman rayonlarına verilməsi ilə ləğv edilir. 12 yanvar 1965-ci ildə isə bərpa edilir. Rayonda 1930-cu ildə ümumilikdə 53136 hektar sahə əkilmişdir ki, bunun da 7.535 hektarı kolxozlar tərəfindən əkilir. 1932-ci ildə kolxozların əkdiyi sahə 49,897 hektar olur. 1934-cü ilə qədər 66 kolxozda 176 briqada işləyirdi.

Əhali Milli tərkib Rayon əhalisi tatarlar (70,1%), başqırdlar (19,8%), ruslar (6,3%) və marilər (2,7%) ibarətdir. Dini baxımından əhalisi müsəlman və provaslavdır. Yerli özünü idarəetmə Müslim rayonu ərazisinə 19 kənd inzibati vahidliyi daxildir ki, buradada ümumilikdə 70 yaşayış məntəqəsi vardır. İqtisadiyyat Müslim süd tozu fabriki, “Vamin Tatarıstan” İSC filialı,

Muslumovskaya ASC,

Muslumovskİ Məlumat-Redaksiya Mərkəzi,

Radial MMC,

Muslimlum Mühəndislik Şəbəkələri ASC

Tatavtodor Təmir İnşaat və Dizayn Birliyi, Müslim filialı,

"Agromaster" istehsal şirkəti. Nəqliyyat Yol şəbəkəsi zəif inkişaf etmişdir. Əsas yollar: Almət - Müslim - Köhnə Baysarovo, Müslim - Çallı - Aznakay, Müslim - Saklovbaş - Yultimerovo. Rayon ərazisində cəmi 328 km yol vardır. Bu yolun 104,2 km-i asfalt yollar, 192,8 km-i çınqıl yollar və 30,6 km-i torpaq yollardır.

Dəmir yolları yoxdur.

Təhsil Rayonda 16 orta, 11 əsas, 24 ibtidai ümumtəhsil məktəbi, 1 ixtisaslaşdırılmış lisey, 1 islah internat məktəbi, 1 orta peşə məktəbi fəaliyyət göstərir. İstinadlar

Mənbə Rəsmi sayt Сайт района

Kateqoriya:Tatarıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər