Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu.

Haqqında Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür.

Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür. Altun Tamqan Tarkanın Torğul və Yelgek adlı iki oğlu olmuşdur.Altun Tamqan Tarkan abidəsi, arxa üzü, 2. sətir. Nüfuzlu və etibarlı bəy olaraq yaşayan Altun Tamqan Tarkan 724-cü ildə vəfat etmişdir. András Róna-Tasun fikrincə, elə ölümündən qısa müddət sonra onun adına Altun Tamqan Tarkan abidəsi ucaldılmışdır. Bu abidə Apa Yeğen İrkin tərəfindən yazılmış,Altun Tamqan Tarkan abidəsi, qabaq üzü, 2. sətir. Az qövmündən bir nəfər də Altun Tamqan Tarkanın məzarını rəsmlərlə bəzəmişdir.Altun Tamqan Tarkan abidəsi, qabaq üzü, 3. sətir.

Həmçinin bax Altun Tamqan Tarkan abidəsi Bilgə İşbara Tamqan Tarxan İkinci Göytürk xaqanlığı

İstinadlar

Kateqoriya:VII əsr şəxsləri Kateqoriya:VIII əsrdə vəfat edənlər Kateqoriya:724-cü ildə vəfat edənlər Kateqoriya:Göytürk xaqanlığı