Silviya Nazar (; ) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir.

Həyatı 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində doğulmuşdur. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır.İlgili 16 Şubat 2013 tarihli |Milliyet haberi 11 Kasım 2013 tarihinde erişilmiştir Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur.

Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur. Magistr illərində Nobel mükafatı laureatı Vasili Leontyev ilə birlikdə araşdırma aparmışdır.

Klara, Lily və Cek adlı üç yetkin uşağı var, Nyu Yorkda yaşayır. Həyat yoldaşı isə Fordhem Universitetində dərs deyən iqtisadçı Darryl Mcleoddur. Fəaliyyəti Fortune jurnalına 1983-cü ildə bir kadr yazarı olaraq qatıldı, ABŞ-də köşə yazarı oldu. 1990-cı ildə "News & World Report" və 1991-ci ildən 1999-cu ilə qədər "New York Times" qəzetinin iqtisadi müxbiri idi.

2013-cü ilin mart ayında Nasar universiteti maaşını ödəyən eyni Cəngavər fondundan son 10 ildə 4.5 milyon dollar vəsaitini səhv istiqamətləndirməkdə ittiham edərək məhkəməyə müraciət etdi.

Şikayətindən sonra New York Times qəzetində: "Xanım Nasar səhv vəsaitlərdən şikayətləndikdən sonra [Kolumbiya Universitetinin rəsmisi] Knight Fondunun fəaliyyətindən məmnun olmadığını və ona təcavüz etdiyini söylədi.Cəngavər prezident, kitablar üzərində işləməsinə etiraz etdiyi üçün.

Silviya Nazar bir sıra məşhur əsərin müəllifidir. Onun yazdığı "A Beautiful Mind", "Grand Pursuit: The Story of Economic Genius", "Manifold Destiny" kitabları müəllifə xeyli məşhurluq qazandırmışdır.

Mükafatları "Grand Pursuit: The Story of Economic Genius" kitabına görə 2011-ci ildə "Los Angelos Times Book" mükafatına lahyiq görülmüşdür. 1999-cu ildə "A Beautiful Mind" kitabına görə, "Rhone-Poulenc" mükafatına layiq görülmüşdür. 1998-ci ildə "A Beautiful Mind" kitabına görə, "National Book Critics Circle" mükafatına layiq görülmüşdür. 1998-ci ildə "A Beautiful Mind" kitabına görə, biologiya sahəsində "Pulitzer" mükafatına layiq görülmüşdür.

İşləri A Beautiful Mind: A Biography of John Forbes Nash Jr., Winner of the Nobel Prize in Economics, Simon & Schuster, 1998. ISBN 0-684-81906-6 Grand Pursuit: The Story of Economic Genius, Simon & Schuster, Sept. 13, 2011. ISBN 978-0-684-87298-8

Həmçinin bax Ruzi Nazar

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Bioqrafiya (janr)