Hüseyn Rzaqulu oğlu Quliyev () — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2026).
Həyatı və təhsili 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır.
Ailəsi Evlidir, iki uşağı və üç nəvəsi var.
Fəaliyyəti 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.
1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir.
1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir.
1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur.
1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi,
1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır.
2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
2009–2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, İdarə rəisi
2012-ci ildən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Mükafatları 09 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
22 iyun 2026-cı ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
22 iyun 2026-cı ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Özbəkistan Prezidenti tərəfindən Hüseyn Quliyevə "Mehnat şuxrati" ordeni təqdim edilib.
İstinadlar
Kateqoriya:Azərbaycanın Özbəkistandakı səfirləri