Acita Kesakambala (; ; ) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu.«Аджита Кесакамбала»  — статья в . O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın Budda və Mahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir.

Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir. Kesakambala dörd elementin – torpaq, su, atəş və havanın kombinasiyasını hər şeyin əsası kimi qəbul etmişdir. Onun fikirləri qədim yunan filosofu Demokritin fikirləri ilə müqayisə edilir.

Mənbə İstinadlar

Ədəbiyyat Рой М. История индийской философии. М., 1958. — С.166-167.

Чаттопадхьяя, Дебипрасад От санкхьи до веданты. Индийская философия: даршаны, категории, история. М.: «Сфера», 2003. — С.281-282. — . Barua B. A History of Pre-Buddhistic Indian Philosophy. Delhi etc. 1970. (1st.ed. 1921).

Kateqoriya:E.ə. VI əsr filosofları Kateqoriya:E.ə. V əsr filosofları Kateqoriya:Hind filosoflar Kateqoriya:Materialistlər Kateqoriya:Ateist filosoflar