Dmitri Kruqlov (; doğ. 24 may 1984, Tapa, Estoniya SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş Estoniya futbolçusu.

Həyatı

Klub karyerası Kqurlov karyerasının ilk illərini Estoniyanın "TJK-83 Tallin" "HÜJK Emmaste" "Tallin" və "Levadiya Tallin" komandalarında keçirib. 2005-ci ildə Moskvanın "Lokomotiv" klubuna keçib.

2006-cı ildə icarə əsasında Krasnodarın "Kuban" klubuna keçib, lakin burada əsas heyətdə möhkəmlənə bilməyib. O, klubun heyətində yeganə görüşünü Rusiya kubokunun 1/16 mərhələsi çərçivəsində "Krılya Sovetov" komandasına qarşı keçirib. 2007-ci ildə yenə də icarə əsasında Moskvanın "Torpedo" komandasına keçib.

2010-cu ildə icarə əsasında Bakının "Neftçi" komandasına keçib. Neftçinin heyətində 3 mövsüm keçirdikdən sonra Bakının başqa təmsilçisi "İnter"ə keçib. 2011-ci ilin avqustuna Rostov şəhərinin eyni adlı komandası ilə 3 illik müqavilə bağlayıb."Ростов" оформил отношения с пятью новичками 2013-cü ilin yayında azad agent qismində "Rostov"u tərk edib və 2003–2005-ci illərdə çıxış etdiyi "Levadiya"ya qayıdıb.Бывший защитник "Локомотива", "Ростова" и "Кубани" Круглов вернулся в "Левадию"

2014-cü ilin martında Bakının "Rəvan" komandası ilə mövsüm sonunanadək müqavilə imzalayıb.Реван подписал игроков сборных Эстонии и Словакии "Rəvan" komandası mövsüm bitdikdən sonra Kruqlovla olan müqavilənin müddətini uzatmayıb və o yenidən "Levadiya"ya geri dönüb. 2015-ci ilin dekabrında Tallinin digər təmsilçisi "İnfonet" komandasına transfer olunub. 2018-ci ilin yanvarında yenidən "Levadiya"ya qayıdan Kruqlova kapitanlıq sarğısı verilib. Eyni ilin may ayında komandası ilə birlikdə Estoniya kubokunun qalibi olub.

Milli karyerası 12 oktyabr 2004-cü ildə Latviya milli komandasına qarşı keçirilmiş oyunda Estoniya milli futbol komandasının heyətində debüt edib. Kruqlov 2004–2019-cu illər aralığında formasını geyindiyi Estoniya milli futbol komandasının heyətində ümumilikdə 115 oyun keçirib və 4 qol vurub.

Dmitri Kruqlov Estoniya milli futbol komandasının heyətində ən çox oyun keçirmiş səkkizinci futbolçudur.

Mükafatları Levadiya Tallin Estoniya çempionatı: 2004, 2013, 2014 Estoniya kuboku: 2003–04, 2004–05, 2017–18 Estoniya Superkuboku: 2018

İnter Bakı Birlik Kuboku: 2011

İnfonet Estoniya çempionatı: 2016 Estoniya kuboku: 2016–17 Estoniya Superkuboku: 2017

İstinadlar

Xarici keçidlər Dmitri Kruqlov Soccerway.com saytında Dmitri Kruqlov Transfermarkt.com saytında Dmitri Kruqlov Nationall-football-teams.com saytında

Kateqoriya:Estoniyada doğulanlar Kateqoriya:Estoniya futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rostov FK futbolçuları Kateqoriya:Kuban Krasnodar FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri