Şeytan () — Lev Tolstoyun povesti. 1889–90-cı illərdə yazılmış, 1909-cu ildə alternativ bir sonluqla verilmiş, 1911-ci ildə müəllifin ölümündən sonra yayımlanmışdır.

Tolstoyun eyni vaxtda yazdığı "Kreyser sonatası" kimi, "Şeytan" əsəri də cinsi duyğuların nəticələrindən bəhs edir.

Məzmun

İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün "Şeytan" əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də… Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi…

Nəşr və tərcümə Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə Yazıçı nəşriyyatında əvvəlcə 1980-ci ildə, 2-ci dəfə isə 1984-cü ildə, latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda "Ailə səadəti" povesti ilə birlikdə 176 səhifədə nəşr edilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yazıçısının ölümündən sonra nəşr olunmuş romanlar