Nataliya Şubrtova (; ) — Slovakiya xizəkçisi, Paralimpiya Oyunlarında lider; Qış Paralimpiya Oyunlarının doqquz qat çempionu.

Həyatı Martin şəhərində yaşamış və orada orta məktəbi bitirmişdir. Matey Bel Universitetinin məzunu və beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Peşəkar xizəkçidir, 2010-cu ildən bəri Paralimpiya yarışlarında paralimpiya xizəkçisi Henrieta Farkaşovanın yönəldicisi olaraq yarışır və onunla birlikdə Vankuverdə üç qızıl və bir gümüş medalı qazanmışdır. Soçidə keçirilən yarışlarda üç medal (iki qızıl və bir bürünc), Vankuverdə isə beş medal (dörd qızıl və bir gümüş) qazanmışdır.

Böyük bacısı və kiçik qardaşı var. İngilis, ispan və portuqal dillərində danışır. Kitab oxumağı və səyahət etməyi sevir.

Xarici keçidlər Natália Šubrtová: Vždy som bola hyperaktívnym dieťaťom