Qalaç Məhəmməd qalası — Balakən şəhəri ərazisində yerləşən tarix-memarlıq abidəsi.

Tarixi

Qala XIX əsrdə Balakən camaatının ağsaqqalı olan Qalaç Məhəmməd tərəfindən inşa etdirilmişdir. Ağsaqqalın ərazini ələ keçirən Rusiya İmperiyası ordusuna təslim olmasından sonra Şeyx Şamil qalanı ələ keçirərək yandırmışdır.

Memarlıq xüsusiyyətləri

Abidə əyri dördbucaqlı formasına malik qala divarları və divarların əhatə etdiyi ərazinin mərkəzində yerləşən qüllədən ibarətdir. Divarların hündürlüyü iki metrə çatır. İnsan boyu hündürlükdə divarlar boyunca mazqallar yerləşdirilmişdir. Qala divarlarının əhatə etdiyi ərazinin ölçüləri 20 x 50 metrə bərabərdir.

Qalanın mərkəsində yerləşən qüllənin üç mərtəbəsi dövrümüzə çatmışdır. Qüllənin yeganə qapısı yer səviyyəsində yerləşir. Qapının ölçüləri 0.86 x 1.45 metrə bərabərdir. Qüllənin divarlarında da mazqallar yerləşdirilmişdir. Qüllə daha əvvəl beş mərtəbəli olmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Balakən abidələri Kateqoriya:Balakənin görməli yerləri Kateqoriya:XIX əsr memarlığı