Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur.
Tarixi "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur. Həmin il şirkət "Doom" videooyununu nəşr edir. Şirkətin gəliri ilk ilində 10.3 milyon ABŞ dolları olur.
"GT Interactive" şirkətinin gəlirləri ikinci ilin 880% artmış və 101 milyon ABŞ dollarına çatmış, mənfəətləri isə 18 milyon ABŞ dollarını ötmüşdür.SEC Info - Atari Inc - 10-K - For 3/31/99, On 6/29/99 - Table in Document 1 of 9 - 10-K - GT Interactive Software Corp.
11 oktyabr 2008-ci ildə "Infogrames" şirkətin satın alınma prosesini tamamlamışdır.
"Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Atari Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:ABŞ videooyun şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Videooyun yayımı şirkətləri