Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur.
Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda Hamedan və Qəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur.
Mənşə Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, Əfşarlar və Zəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür.W. Behn, Baban , Encyclopaedia Iranica Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi.M. Th. Houtsma, A. J. Wensinck, H. A. R. Gibb, W. Heffening and E. Levi-Provencal, First encyclopaedia of Islam (1993), Vol. VII, p.538, BRILL Publishers
Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı. 1563-cü ilinə aid bir Osmanlı sənədində, Atçəkən Yörüklərindən olan Bababnlu cəmaəti, Oğuzun Büğdüz boyundandır və Kadirlidə yaşamaqdadır. 1591 ilindəki bir başqa sənədə görə isə yenə Büğdüz boyundan olan Baban cəmaəti Konya sancağı və Sivrihisarda məskunlaşıblar.Özdemir, Alı rıza(?). Kayıp türkler, Etnik Coğrafia Bakımından Kürdleşen Türkmen Aşiretleri,5. baskı, Kripto:186
Tarixi Baban Əmirləri İran sərhədi boyunca Osmanlı İmperiyasının təhlükəsizliyini təmin etmək müqabilində bəzi muxtariyyətlər ələ gətirdilər. Süleyman Bəy Şəhrizor əyalətini idarə edən ilk Baban əmiriydi. 1694-cü ildə Ərdalan xanlığınınn qüvvələri məğlub edərək Səfəvilərə hücum etdi.Gábor Ágoston, Bruce Alan Masters (2009), Encyclopedia of the Ottoman Empire, p.70, Infobase Publishing,
İraqdaki Süleymaniyyə şəhəri, 1781-ci ildə Baban əmiri Mahmud Paşa tərəfindən quruldu, Süleyman Paşanın şərəfinə adlandırılmışdır. eyni zamanda Baban Əmirliyinin paytaxtı olaraq da tanınıb.W. Behn, Baban , Encyclopaedia Iranica
Baban Əmirləri 1723–1746-cı illərdə Səfəvinin yıxılış tarixindəki müharibələrində Osmanlı ordusuna kömək etdi. 1750-ci ildən 1847-ci ilə qədər Babanlar digər kürd Əmirlikləriylə rəqabət edirdi (Soran və Botan kimi) və Osmanlılar və Qacarlar tərəfindən mərkəzləşdirilməsinin qarşısı alınırdı.W. Behn, Baban , Encyclopaedia Iranica 19-cu əsrin ortalarında Osmanlı modernləşmə dövründə Əmirliyə son qoydu. Baban qiyamı üç il davam etdi, ancaq Osmanlı qüvvələri və kürd tayfaları tərəfindən qurulan koalisiyaya məğlub oldu. Son Baban hökmdarı Əhməd Paşa Baban 1847-ci ildə Köysancaq yaxınlığında məğlub oldu və Şəhr-i Zor bölgəsi Osmanlı İmperiyasına ilhaq edildi.Ely Banister Soane (2007), To Mesopotamia and Kurdistan in Disguise, p.371, Cosimo, Inc.
Baban Əmirləri I. Babanzadə Əhmət paşa, 1649–1670 I. Babanzadə Süleyman, 1670–1703 I. Məhəmməd paşa, 1721–1731 Xalid paşa, 1732–1742 Səlim paşa, 1742–1754 II. Süleyman paşa, 1754–1765 II. Məhəmməd paşa, 1765–1775 I. Abdullah paşa, 1775–1777 (Məmlük sülaləsi)? II. Əhməd paşa, 1777–1780 I. Mahmud paşa, 1780–1782 Babanzadə İbrahim paşa, 1782–1803 Abdurahman paşa, 1803–1813 II. Mahmud paşa, 1813–1834 III. Süleyman paşa, 1834–1838 II. Babanzadə Əhmət paşa, 1838–1847 II. Abdullah paşa, 1847–1850
İstinadlar
Kateqoriya:İraq Kürdüstanı Kateqoriya:İran tarixi Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Asiyanın tarixi dövlətləri