thumb|Kayseri ilçələrinin xəritəsi Kayseridə ilk bələdiyyə təşkilatı 1869-cu ildə qurulmuşdur. İlk bələdiyyə başçısı şəhərin nüfuzlu sakinlərindən biri olan Mollaoğlu Mustafa Ağa olmuşdur. 14 dekabr 1988-ci il tarixli Rəsmi Qəzetdə dərc edilən və 3508 sayılı qanunla Kayseri Bələdiyyəsi Böyükşəhər Bələdiyyəsi statusunu əldə etdi və eyni qanunla Məlikqazi və Qocasinan adlı iki bələdiyyənin yaradılması qərara alındı. Bu qanun 1 yanvar 1989-cu qüvvəyə minmiş və şəhər böyükşəhər statusunu qazanmışdır. 26 mart 1989 tarixində keçirilmiş seçki ilə Niyazi Bağçacıoğlu Böyükşəhər Bələdiyyə Başçısı seçildi.

Kayseri Mərkəzi Anadolunun 3-cü, Türkiyənin ən böyük 14-cü şəhəri olma xüsusiyyətini daşıyır. Şəhərin təxminən 1,5 milyon əhalisi və cəmi 16 ən böyük məskunlaşma mərkəzi mövcuddur. Türkiyə Böyük Millət Məclisinin 30 mart 2013-cü Yerli Seçkilərdən sonra qəbul edilən və 15 aprel 2013-ci ildə Rəsmi Qəzetdə yayımlanan 6360 sayılı qanun ilə şəhərin 16 ilçəsi olduğu təsdiq edilmişdir. Böyük sahəsi olan Kayserinin ən böyük ilçələri Qocasinan, Məlikqazi, Dəvəli və Talasdır.

1924-cü ildə Kayserinin qurulması ilə İncəsu, Dəvəli, 1926-cı ildə Pınarbaşı, 1946-cı ildə Sarız, 11 iyun 1946-cı il 5071 qanun ilə Yaşılhisar, 19 iyun 1953-ci il 7033 saylı qanun ilə Fəlahiyyə və Tomarza, 1954-cü ildə Yəhyalı, 1960-cı ildə Sarıoğlan, 19 iyun 1987-ci il 19507 saylı qanun ilə Ağqışla, 21 avqust 1987-ci il 3992 saylı qanun ilə Talas, 9 sentyabr 1988-ci il 6360 saylı qanun ilə Bünyan, 7 dekabr 1988-ci il 3508 saylı qanun ilə Qocasinan, 14 dekabr 1988-ci il 3508 saylı qanun ilə Kayserinin ən böyük ilçələrindən olan Məlikqazi, 9 may 1990-cı il 20523 saylı qanun ilə Özvətən, 16 may 1990-cu il 3647 saylı qanun ilə Hacılar ilçə statusu qazanmışdır. Siyahı Kayseri ilçələrinin ümumi əhalisi, əhali sıxlığı, məhəllə sayı, gerbi, şəkli və yeri aşağıdakı cədvəldə verilmişdir: № Gerbİlçə adıSahəsi (km²)Ümumi əhalisi (2018) Əhali sıxlığı (nəfər/km²)Məhəllə sayıBələdiyyə başçısıŞəkil Xəritə165pxAğqışla ()5471.37011,7514Ayhan Arslan 100px265pxBünyan ()1.37031.49722,9131Özkan Altun 165px 100px365pxDəvəli ()1.90665.32234,2736Mehmet Cabbar 165px 100px465pxFəlahiyyə ()4136.60215,9815Vural Coşqun 100px565pxHacılar ()19512.42663,7212Bilal Özdoğan 165px 100px665pxİncəsu ()87626,35330,8331Mustafa İlmək 165px 100px765pxQocasinan ()1.697391.661230,7952Əhməd Çolaq 165px 100px865pxMəlikqazi ()163555.6713.40947Mustafa Palancıoğlu 100px965pxÖzvətən ()3215.41316,8614Halit Dəmir 165px 100px1065pxPınarbaşı ()3.39426.9117.9267Mənduh Uzunoğlu 165px 100px1165pxSarıoğlan ()61816.93827,4216Bəkir Ayyıldırım 165px 100px1265pxSarız ()1.22510.0988,2412Baki Bayraq 100px1365pxTalas ()328157.695480,7712Mustafa Yalçın 165px 100px1465pxTomarza ()1.48522.80815,3544Davud Şahin 100px1565pxYəhyalı ()1.54636.33123,5541Əsad Öztürk 100px1665pxYaşılhisar ()98617.52517,7714Halit Taşyapan 165px 100px

Ümumi statistika №GerbVilayət MərkəzSahəsi (km²)Ümumi əhalisi (2018) Əhali sıxlığı (nəfər/km²) İlçə sayı Xəritə 165px Kayseri ili () Kayseri 17.170 1.389.680 81,96 16 170px

İstinadlar

Həmçinin bax

Kateqoriya:Kayseri ili