Mehdiyev Emin Natiq oğlu - 22 sentyabr 1992, Bakı) - Azərbaycan futbolçusu, yarımmüdafəçi.
Tərçümeyi halı Emin Mehdiyev 22 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. "Neftçi" Bakı klubunun yetirməsidir, peşəkar futbolda öz fəaliyyətinə 2009-cu ildə başlamışdır. O, 2010-cu ildən "Neftçi" Bakı komandasının əsas heyətinə daxil edilmiş, həmin mövsümdə iştirak etdiyi 23 oyunda 1 qol vurmuşdur. 2010-cu ildə Emin Mehdiyev icarə qaydasında Bakının "Abşeron" komandasına keçmiş və bir mövsüm ərzində həmin komandanın əsas heyətində çıxış etmişdir. Bu komandanın tərkibində o, 17 oyun keçirmiş və 7 qol vurmuşdur. 2011-ci ildən yenidən "Neftçi" komandasına qayıtmış və 2015-ci ilədək həmin komandada oynamışdır.
2012–2013-cü və 2013-2014-cü il mövsümlərində "Neftçi" Bakı futbol komandasının tərkibində Çempionlar liqasının 2 oyununda və UEFA Avropa liqasının 4 oyununda çıxış etmişdir. Onun bu oyunlarda ilk debutu 17 iyul 2012-ci ildə Bakı şəhərində Dalğa Arena stadionunda Gürcüstanın "Zestafoni" komandasına qarşı oyunda çıxışı olmuşdur. E.Mehdiyev matçın 82-ci dəqiqəsində əvəzetmə nəticəsində oyuna daxil olmuşdur. Bu görüşdə bakılılar 3:0 hesabı ilə qalib gəlmişdilər.
Azərbaycan Milli yığma komandasında Emin Mehdiyev yeniyetmə (U-17) və gənclərdən (U-19) ibarət Azərbaycan Milli yığma komandalarının heyətlərində beynəlxalq səviyyəli oyunlarda çıxış etmək təcrübəsinə yiyələnmişdir. İlk dəfə o, 2008-ci ildə yeniyetmələrdən (U-17) ibarət Azərbaycan milli komandasının tərkibində 17 yaşa qədər yeniyetmələrdən ibarət komandalar arasında keçirilən Avropa çempionatının seçmə oyunlarına cəlb edilmişdir.
Nailiyyətləri Emin Mehdiyev "Neftçi" Bakı futbol komandasının əsas heyətində aşağıdakı uğurlara nail olmuşdur. 2012-2013-cü il və 2013-2014-cü il mövsümlərində Futbol üzrə Azərbaycan çempionatının qızıl medallarını qazanmışdır. Azərbaycan kuboku uğrunda keçirilən turnirlərdə 2011-2012-ci il mövsümünün finalçısı, 2012-2013-cü il mövsümünün qalibi olmuşdur. 2013-cü ildə futbol üzrə Azərbaycan SuperKubokunun finalçısı olmuşdur.
Xarici keçidlər Профиль игрока на официальном сайте ФК Нефтчи Баку Профиль игрока на сайте ПФЛ — Профессиональной Футбольной Лиги Азербайджана
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:22 sentyabrda doğulanlar Kateqoriya:1992-ci ildə doğulanlar Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri