Trizin ( ) — Yunanıstanda kənd. Dəniz səviyyəsindən 64 metr yüksəklikdə, Peloponnes yarımadasının Arqolida bölgəsinin cənub-şərq hissəsində, Qalatasdan 8 kilometr qərbdə, Metanadan 10 kilometr cənubda, Korinfdən 62 kilometr cənub-şərqdə və Afinanın cənub-qərbindən 63 kilometr məsafədə yerləşir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 673 nəfərdir. Attika periferiyasının Adalar periferiya vahidinin Triziniya-Metana icmasına daxildir.

1929-cu ilə qədər Damalas () adlanırdı. Adı qədim Trezen (, ) şəhərinin şərəfinə dəyişdirildi.

Qədim İoniya şəhəri Trezen Saronikos körfəzinin sahilindən təxminən üç kilometr məsafədə, müasir Trizin kəndi yaxınlığında yerləşirdi. Trezen Teseyin doğulduğu yer hesab olunurdu. Trizin kəndi yaxınlığında divar qalıqları, qədim qüllə və orta əsr kilsələri tapılmışdır. Həmçinin, İppolt temenosunda iki məbədin sütun qalıqları və bünövrəsi aşkar edilmişdir: Apollon Epibateri məbədi və Afrodita Kataskopiya məbədi, bundan başqa İppolit və Fedraya aid heykəllər. İppolit stadiyi, Afina Sfeniada məbədi və Pan Literiya məbədi tapılmışdır.Павсаний. Описание Эллады. II, 32, 1–6 Trezendə aqora və teatr var idi.Павсаний. Описание Эллады. II, 31, 1–4 Şəhər xaricində Afrodita Nimfiya məbədi, Poseydon Fitalmiya məbədi və Demetra Fesmofora məbədi yerləşirdi.Павсаний. Описание Эллады. II, 32, 7–8

Qəhramanları Ancaq Teseyin oğlu İppolit haqqında qeydlər qorunub saxlanmışdır. İppolitin şərəfinə qədim heykəli olan bir məbəd tikilmişdir.Павсаний. Описание Эллады, II, 32, 1

Adalar Adalardan Trizinə ən yaxını Porosdur, burada Poseydon məbədi və Demosfen heykəli var idi.

Trizin icması Damalas icması 1912-ci ildə yaradılmış, 1929-cu ildə adı dəyişdirilmişdir. Əhali 2011 siyahıyaalmasına görə 901 nəfərdir. Sahəsi 40.597 kvadrat kilometrdir. Yaşayış məntəqəsiƏhalisi (2011), nəfərAyos-Yeros228Trizin673

Əhalisi İlƏhalisi, nəfər199120012011

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qədim Yunanıstan şəhərləri Kateqoriya:Peloponnes Kateqoriya:Attika