Naxçıvan Muxtar Respublikasının Baş naziri — Azərbaycan Respublikasının tərkibindəki Naxçıvan Muxtar Respublikasının hökumət başçısı.

Haqqında Naxçıvan Muxtar Respublikasının Baş naziri muxtar respublikanın Nazirlər Kabinetinə rəhbərlik edərək onun iclaslarına sədrlik edir.Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 38-ci maddəsi

Baş naziri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini isə Baş nazirin təklifi ilə Naxçıvan MR Ali Məclisi təsdiq edir.Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsi

Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik və başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 41-ci maddəsi

Baş nazirlərin siyahısı Mirismayıl Əliyev (17 noyabr 1990 – sentyabr 1991) Becan Fərzəliyev (sentyabr 1991 – 1993) Şəmsəddin Xanbabayev (1993 – 2000) Əlövsət Baxşıyev (11 fevral 2000 – 14 may 2020) Səbuhi Məmmədov (23 may 2020 – 25 aprel 2024) Ceyhun Cəlilov (25 aprel 2024 – 12 noyabr 2025) Elşad Əliyev müvəqqəti baş nazir, (12 noyabr 2025 - 9 fevral 2026) Cabbar Musayev (9 fevral 2026 – )

İstinadlar

Mənbə

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının baş nazirləri