Nazim Kazımov () — tarzən, pedaqoq, əməkdar insəsənət xadimi (2006), professor (2008).
Həyatı Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olub. 1966–1970-ci illərdə ADMT-nun "Xalq çalğı alətləri" şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, 1967–1973-cü illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1973–1978-ci illərdə ADK-nın Xalq musiqisi fakültəsində xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində (tar ixtisası üzrə) təhsilini davam etdirmişdir.
1978-ci ildə konservatoriyanı bitirib təyinatla yenidən ilk əmək fəaliyyətinə başladığı Əli Bayramlı musiqi məktəbinə göndərilən Nazim Kazımov 4 il burada müəllim və direktor müavini kimi çalışmış, 1981–1984-cü illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləmişdir. 1992-ci ildə yenidən Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışmışdır.
2001-ci ildə onu vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna — həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunur.
N. Kazımov geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. Təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindən biridir.
Nazim Kazımov, eyni zamanda, pedaqoji fəaliyyəti göstərir. O, 1993–2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında müəllim işləmiş, 1997-ci ildə həmin kafedranın dosenti seçilmişdir. Hazırda Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.
Mükafatları Nazim Kazımovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 2006-cı ildə İlham Əliyevin sərəncamı ilə ona əməkdar incəsənət xadimi fəxri adı, Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı verilmişdir. 2020-ci ildə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Mənbə Musiqi təhsilimizin fədakar təşkilatçısı
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri