Birinci Türkoloji Qurultay (rəsmi adı: Birinci Ümumittifaq Türkoloji Qurultay)— 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar.
Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.
Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd ağa Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Teodor Menzel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və Mixail Pavloviç (Veltman), Tatarıstandan Alimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Ağçoqraqlı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular.
Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbayə keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.
Zəmin Azərbaycan Rusiya tərəfindən ilhaq olunduqdan sonra Yaxın Şərqdə əlifba islahatı məsələsi ilk növbədə görkəmli Azərbaycan mütəfəkkiri, böyük maarifçi Mirzə Fətəli Axundzadə tərəfindən gündəmə gətirilmişdir. Lakin onun bu istiqamətdəki səyləri nəticə verməmişdir. Bununla bağlı Axundov bir neçə dəfə layihə də hazırlamış, Osmanlı dövləti hakimiyyətinə çağrışlarda etmişdir. 1878-ci ildən Axundov bir neçə kiril əlifbası ilə dəyişilmiş latın əlifbasının üzərində mərkəzləşdirdi. Axundov deyirdi: "Kim istəyirsə ənənəvi ərəb yazısından, qalanları isə yeni əlifbadan istifadə edə bilər". Bununla belə, təklif olunmuş yazıya bir neçə kiril hərfləri daxil edilməsinə baxmayaraq Rusiya hökuməti onun tətbiqinə icazə vermədi. Yenə də layihə rədd edildi.
Bununla belə o bu layihələri ictimai arenaya gətirdi və bəzi alimlər bu barədə müzakirəyə başladılar. 1886-cı ildə Axundovun ölümündən 7 il sonra "Qafqaz" qəzetində Mirzə Əliməhəmmədin ərəb yazısının dəyişdirilməsi barəsinədə məqaləsi dərc edildi. 1898-ci ildə mətbuatda Firidun bəy Köçərli tərəfindən yazılmış "Ərəb əlifbası və onun çatışmazlıqları" adlı məqalə işıq üzü gördü.
"Molla Nəsrəddin" (1906–1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə bağlı fikirlərini belə bildirdi: "Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir".
XX əsrin əvvəllərində hökumətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da ərəb yazısını tənqid edirdi. Lakin N. Nərimanov həll yolunu kiril əlifbasının qəbulunda görürdü. O özü bu dəyişilmiş yazı ilə bir neçə əsərini yazmış, Azərbaycan fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirmişdir.
Sonrakı dövrlərdə isə İsmayıl bəy Qaspıralı, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtılı, Firidun bəy Köçərli, Vəli Xuluflu, Hüseyn Cavid də bu yöndə səmərəli fəaliyyət göstərmişlər.М. З. Закиев. Тюрко-татарское письмо. История, состояние, перспективы. Москва, "Инсан", 2005 Azərbaycan Xalq Cümhuriyyəti də əlifba islahatını diqqətdə saxlamış, lakin 23 aylıq "ömrü" bu həyati əhəmiyyət kəsb edən məsələni həll etməyə imkan verməmişdi.
Azərbaycan sovetləşdikdən sonra isə bu məsələ daha da aktuallaşdı. Hələ 1922-ci ildə N. Nərimanovun sədrliyi ilə Bakıda "latın əlifbasına keçid" komitəsi yaradılmışdı və bu prosesə təkcə Bakı alimləri deyil, ozamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər. Artıq 1922-ci ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi altında "Yeni yol" qəzeti latın əlifbası ilə nəşr olunurdu. Eləcə də həmin il sentyabrın 21-də Azərbaycan Sovet Sosialist Respublikasında əlifba-yazı qrafikasının dəyişdirilməsi, yeni əlifbanın yaradılması və tətbiqi üçün "Yeni türk əlifbası" komitəsi yaradılaraq ona Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu rəhbər təyin edildi. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası səh. 112 Hətta 1923-cü il oktyabrın 20-də Azərbaycan hökuməti Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi adlı qərar da çıxarmışdı. Ancaq yənə də respublikada latın qrafikalı əlifba ilə yanaşı ərəb əlifbasından da istifadə olunurdu.
Hazırlıq 1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayının çağırılması haqqında qərar qəbul etdi. İlk dəfə qurultayın çağırılması məsələsi hələ bir il əvvəl Azərbaycan SSR hökuməti tərəfindən SSRİ rəhbərliyinə təqdim edilmişdi. SSRİ hökumətinin Türkoloji Qurultayın çağırılması barədə qərarından altı ay əvvəl latın əlifbasına keçilməsi məsələlərinin həll edilməsi zərurəti 1-ci Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və SSRİ Elmlər Akademiyasının və Ümumittifaq Şərqşünaslıq Birliyində qaldırılmışdı.
SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Qurultayın çağırılmasına hazırlıq üzrə təşkilat komissiyası yaradıldı. Təşkilat komissiyasının tərkibinə Səməd Ağamalıoğlu (sədr), M. Pavloviç, Həbib Cəbiyev, Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Q. Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə, Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunov, Yusifzadə seçildilər.
Təşkilat komissiyası Ümumittifaq Türkoloji Qurultaya hazırlıq üçün görülən bütün işləri işıqlandırmaq üçün "Xəbərlər" nəşr etdirirdi.
Qurultay 250px|thumb|left| Mehmed Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və Salman Mümtaz Bakıda Birinci Türkoloji Qurultayın iştirakçıları arasında. 1926-cı il fevralın 26-da Bakıdakı İsmailiyyə Sarayında Birinci Türkoloji Qurultay işinə başladı. Qurultayda 131 nəfər nümayəndə (20 nəfər beynəlxalq elm ictimaiətinin nümayəndəsi) iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd ağa Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Teodor Menzel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Şakircan Rahim, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Ağçoqraqlı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçiliblər.
İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov təbrik nitqi ilə çıxış edərək Qurultay iştirakçılarını salamlamışdır. Qurultay həm də məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə, Krımski, Poppe, Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi.
Məruzələr Qurultayın gedişində bir çox elmi məruzələr edilmişdir. Onların arasında bəziləri xüsusilə diqqətçəkicidir. Belə ki, V.V.Bartold "Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri", S.F.Oldenburq "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları", A.A.Müller "Türk xalqlarının təsviri sənəti haqqında", F.Köprülüzadə "Türk xalqlarının ədəbi dillərinin inkişafı", A.N.Samoyloviç "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri", B.Çobanzadə "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", H.Zeynallı "Türk dillərində elmi terminologiya sistemi haqqında", S.Y.Malov "Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri", Fərhad Ağazadə "Türk dillərində düzgün yazı", N.F.Yakovlev "Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri", C.Məmmədzadə "Türk xalqlarının əlifba sistemləri haqqında", Kemanov "Türk dillərinin tədrisi metodikasının əsasları", N.N.Poppe "Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti", H.Şərəf "Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri", T.Menzel "Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri" məruzələri ilə Qurultayın işini daha da zənginləşdirmişdilər.
Qurultayda fonetika üzrə görkəmli alim Lev Vladimiroviç Şerbanın "Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti" adlı məruzəsi nəzəri baxımdan olduqca diqqətəlayiq idi. Maraqlıdır ki, erməni dilçisi R.Y.Açaryanın "Türk və erməni dillərinin qarşılıqlı təsiri" mövzusunda məruzəsi türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinin açıqlanması üzərində qurulmuşdu. Məruzədə əski ermənicədən (qrabardan) yeni ermənicəyə (aşqrabara) keçdin əsas səbəbi və dil stimulu türkcədir ideyası başlıca yer tuturdu. Qeyd edək ki, obyektivliyi ilə seçilən bu məruzə yaşadığımız günlərdə zərərli erməni şovinist millətçi ideologiyasına qarşı güclü elmi arqumentdir.
Tatarıstandan Birinci Bakı Türkoloji Qurultayda iştirak edən altı nəfərdən ibarət nümayəndənin başçısı, görkəmli yazıçı və ədəbiyyatşünas Q.İbrahimov ərəb qrafikası əsasında yeni əlifbaya keçməyə prinsipcə etiraz etməsə də, "bu məsələdə tələsmək olmaz" fikrini irəli sürmüş və qurultayda bu barədə məruzə etmişdir. Ancaq əslində Q.İbrahimov qurultayda orfoqrafiya məsələsi barədə məruzə etmiş, buna dair təkliflərini vermişdir. Onun məruzəsi üç hissədən ibarət olmuşdur. Birinci hissə XIX əsrin II yarısına qədər mövcud olmuş köhnə orfoqrafiyaların tənqidi təhlilinə, həmçinin uyğur, Orhun və köhnə ərəb əlifbalarının təhlilinə həsr edilmişdir. İkinci hissədə ərəb əlifbasının islahatına və nəhayət, türk xalqlarının orfoqrafiyasının islahatına yönəldilən hərəkətlər təsvir olunmuşdur.