Vüsalə Abazər qızı Əliyeva () — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı.
Həyatı Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir.
1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir.
2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır.
Ailəsi Ailəlidir, 2 övladı var.
Siyasi fəaliyyəti 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir.
Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur.
Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
İstinadlar
Mənbə Vüsalə Əliyeva YAP Naxçıvan MR Təşkilatı
Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatları