Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; ) — Azərbaycan şairi və meyxanaçısı.
Həyatı və yaradıcılığı Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. 1993-cü ildə 199 saylı məktəbə daxil olub.Vüqar Biləcərili kimdir? – Nakam sevgiyə görə şair olan bədbəxt aşiq. İstifadə tarixi: 23 aprel 2026.
Atası yük maşını sürücüsü olub. Uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü bir yaş kiçildib. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl və şeirləri ilə, eləcə də əruz vəznini yaxşı bilməsi ilə seçilib.
Kitabları Sağlığında xeyli qəzəl və şeir müəllifi olan Vüqarın kitabları o, dünyasını dəyişdikdən sonra dostları və yaxınları tərəfindən işıq üzü görmüşdür.
"Qərib Xəyal"Qərib xəyal. İstifadə tarixi: 23 aprel 2026. "XIV əsr sonra"XIV əsr sonra. İstifadə tarixi: 23 aprel 2026.XIV Əsr Sonra, Vüqar Paşayev. İstifadə tarixi: 23 aprel 2026.
Ailəsi Bir bacısı və bir qardaşı olub, evlənməyib.
Ölümü 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra öldü. Hökməli qəbiristanlığında dəfn edilib.
Həmçinin bax
Aydın Xırdalanlı Rəşad Dağlı
İstinadlar
Kateqoriya:Meyxanaçılar Kateqoriya:Abşeron rayonunda dəfn olunanlar
Kateqoriya:Qəzəlxanlar