Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani () Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq.
Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir.
Həyatı və təhsili Nəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub. Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir. Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir. 1987-ci ildə ailəsi İngiltərəyə, Birləşmiş Krallığa köçmüşdür.
Təhsili Nəqşəvani London Universitet Kollecində təhsil aldı və 2003-cü ildə psixologiya və hüquq ixtisası üzrə lisenziyasını aldı, eyni zamanda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində bir illik diplom kursu üzrə təhsil aldı. Ondan sonra magistr dərəcəsini Tehrandakı Şəhid Beheşti Universitetindən və doktorluq dərəcəsini Ekseter Universitetindən almışdır.
Quran perspektivi ilə İslam və insan haqları, İslam və plüralizm, cinsiyyət araşdırmaları mövzularına aid dərslər keçirmişdir.
Təşəbbüslər Nəqşəvani Amerika Ümumdünya Müsəlman Birliyi (UMAA) üçün Birləşmiş Millətlər Təşkilatında xüsusi nümayəndəsi olaraq xidmət edir. Bu rolda qadın hüquqları təşəbbüslərini, sosial inkişafı və dini tolerantlığı təbliğ edir. Nəqşəvani bu mövqedən mədəni irsin, tarixi sənət və memarlığın, qədim ədəbiyyatın qorunması üçün istifadə edir. UMAA-ya qoşulmazdan əvvəl Nəqşəvani İngiltərədəki Kembric Universitetində İslam tədqiqatlarının ziyarətçi alimi kimi çalışmışdır. Bu vəzifədə, bir sıra akademik forumlarda müzakirə etdiyi qədim İslam mətnlərinə dair geniş araşdırma və akademik təhlillər aparmışdır.
Karyera 2014-cü ildə Nəqşəvani "Təbliğçilər və Ruhani Rəhbərlər" təbəqəsindəki 500 Ən Nüfuzlu Müsəlman (ilk dəfə 2009-cu ildə yayımlanan illik bir nəşr olan The Muslim 500 olaraq da bilinir) siyahısına daxil edildi.
Kembric Universiteti Nəqşəvani İslam tədqiqatlarında ziyarətçi alim olaraq çalışmış və şiə tarixi mətnlərinin qabaqcıl araşdırmaları və akademik təhlillərini aparmışdır.
Hartford seminariyası Nəqşəvani Hartford Seminariyasındakı şiə araşdırmalarında İmam Əli açılış kürsüsünün sədri oldu.
Kolumbiya Universiteti 2016-cı ildə Kolumbiya Universiteti doktor Nəqşəvaninin ziyarətçi alim olaraq xidmət edəcəyini açıqladı.
Harvard Universiteti Doktor Nəqşəvani Harvard Kennedi Məktəbinin Belfer Elm və Beynəlxalq Əlaqələr Mərkəzində İran layihəsinin əlaqələndiricisidir. Diqqəti İslam siyasətinə, eləcə də Orta Şərqdə münaqişə və sülh quruculuğuna yönəlib.
Peşəkar əlaqələr Şimali Amerika İslam və Müsəlman Araşdırmaları Birliyi (NAAIMS) Britaniya İslam Araşdırmaları Birliyi (BRAIS) Amerika Tarix Dərnəyi Orta Şərq Araşdırmaları Dərnəyi (MESA) Amerika Din Akademiyası
Kitablar
Suriyadakı əhəmiyyətli bir ziyarətgah dağıldıqdan sonra Nəqşəvani yuxarıdakı kitabında "Hucr ibni Adi əl-Kindi (vəf.660-cı il) Məhəmmədin səhabəsi idi. Əməvi xəlifəsi I Müaviyə tərəfindən sarsılmaz olduğuna və şiələrin ilk imamı olan Əlini dəstək və tərifinə görə edama məhkum edildi. "
İstinadlar
Xarici keçidlər
Video Mühazirələr Depozitariyası Mühazirələr Depozitariyası imamhussein3.tv-də video mühazirələr (Dr Seyid Əmmar Nəqşəvani ilə Londonda canlı proqram) Video mühazirələr
Kateqoriya:İraq azərbaycanlıları Kateqoriya:İngiltərə azərbaycanlıları Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Kembric Universitetinin müəllimləri