Sofroni (; ), həmçinin Sofist SofroniJohn F. Matthews, "Sophronius, ‘the Sophist’," in Simon Hornblower, Antony Spawforth and Esther Eidinow (eds.), The Oxford Classical Dictionary, 4th ed. (Oxford University Press, 2012). — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi.

Həyatı Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı,Hugh Kennedy. The Great Arab Conquests: How the Spread of Islam Changed the World We Live In. Da Capo Press, Philadelphia, PA: 2007. Page 90. Accessed August 8, 2016. həm də Suriya əsilli olduğunu irəli sürmüşdür.Donald E. Wagner. Dying in the Land of Promise: Palestine and Palestinian Christianity from Pentecost to 2000 Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur.

O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. "Orthodox Holiness Around the Church Year with St John — John Moschos - March 11", Retrieved 2011-09-13 Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir. Monoenerjizm Məsihin tək və ilahi enerjiyə malik olduğu fikrini müdafiə edən qeyri-ortodoksal bir doktrinadır. Sofroninin İkinci Konstantinopol Şurası üçün bu mövzuda yazdığı geniş sinodal məktub bu günə gəlib çatmamışdır.

Patriarx olması Sofroni monoenerjizmi qınamaq tapşırığında uğursuz olsa da, 634-cü ildə Yerusəlimin patriarxı seçilmişdir. Taxta oturduqdan bir müddət sonra Roma papası I Honoriyə və Şərq patriarxlarına monoenerjizmdən fərqli olaraq, Məsihin iki təbiəti – insanlıq və ilahilik ortoksal inancını izah edən bir sinodik məktub göndərmişdir. Sofroni monoenerjizmi Məsihin sadəcə ilahi təbiətə malik olduğunu qəbul edən monofizitizmin daha ağlabatan növü kimi görürdü.(es) Arfuch, Diego E., "Confesar a Cristo, San Sofronio patriarca de Jerusalén y el debate monoenergista en la Epístola Sinodal", dans "Estudios trinitarios", 2014, vol. 48, n. 1.2, p. 161-233; 2a pars , 48, n 3, p. 479-548. Bundan savayı, o, Məsihin həm insana aid, həm də ilahi şüura sahib olduğunu qoruyan xristian diofelitizminin tərəfində olan erkən kilsə atalarının 600-ə yaxın əsərini bir antologiyada toplamışdır.

Sofroni ərəblərin Yerusəlimi ələ keçirməsindən çox keçməmiş, 638-ci ildə vəfat etmişdir

Qeydlər

Mənbə İstinadlar

Ədəbiyyat D. Woods, 'The 60 Martyrs of Gaza and the Martyrdom of Bishop Sophronius of Jerusalem’, ARAM Periodical 15 (2003), 129–50. Reprinted in M. Bonner (ed.), Arab-Byzantine Relations in Early Islamic Times (Aldershot, 2005), 429–50.

Xarici keçidlər St Sophronius the Patriarch of Jerusalem Orthodox icon and synaxarion References by Sophronius to Islam

Kateqoriya:Müqəddəs torpaqdan olan müqəddəslər Kateqoriya:VI əsr yazıçıları Kateqoriya:VII əsr yazıçıları Kateqoriya:Xristianlıq Kateqoriya:Asketlər