Yüzyüzeyken Konuşuruz — 2011-ci ilin may ayında Əngin Sevik və Kaan Boşnak tərəfindən qurulan türk alternativ rok qrupu. Başda Kaan Boşnakın öz mahnılarını ifa edərək yayımlaması ilə qurulan layihə izləyicilərinin böyük marağına və təqdirinə səbəb oldu. Bu zamana qədər bir çox musiqiçinin müşayiət etdiyi qrup, Əhməd Can Kalyoncu, Can Tunaboylu və Rəsul Ökmənin iştirakı ilə son formasını almışdır.

Haqqında Ən böyük solo konsertləri 7 aprel 2019-cu il tarixində Bostancı Tamaşa Mərkəzində 5000 nəfərlik bir auditoriya ilə həyata keçirilmişdir. Bu konsert qeydə alınmış və 25 oktyabr 2019-cu ildə internetdə rəsmi olaraq yayınlanmışdır. Konsertin hər anını — hazırlıq mərhələsindən ifa anınadək bütün hissələri özündə cəmləşdirən sənədli film tamaşaçılara təqdim edilmişdir.

10 yanvar 2020-ci ildə yayımlanan Kazılı Kuyum adlı sinqlları Nyu-York Red Bull musiqi studiyasında lentə alınmışdır. Analoq olaraq qeyd olunan Kazılı Kuyum musiqisi 24 yanvar 2020-ci il tarixində satışa çıxdı. Diskoqrafiya Albomlar Evdekilere Selam (2013) Otoban Sıcağı (2014) Akustik Travma (2018)

Sinqllar Kaş (2014) Ne Farkeder (2017) Canavar (2017) Sandal (2017) Boş Gemiler (2018) Ölsem Yeridir (2019) Kazılı Kuyum (2020)

Mükafatlar İl Mükafat Kateqoriya Nəticə2020 46-cı Qızıl Kəpənək Mükafatlarıİlin musiqi qrupu

İstinadlar

Xarici keçidlər Yüzyüzeyken Konuşuruz Sony Musiqi veb-səhifəsində Yüzyüzeyken Konuşuruz Spotify veb-səhifəsində

Kateqoriya:Türkiyə musiqi qrupları Kateqoriya:Türkiyə rok-qrupları Kateqoriya:2011-ci ildə yaranan musiqi qrupları