Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi.

İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı.

Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi. 1704-cü ilin mayında Böyük İttifaq donanmasının komandanı şahzadə Georq və admiral Corc Ruke VI Karlın adından Barselona limanına hücum etsələrdə onu tuta bilmədilər. Daha sonra Ruke müttəfiqlərinin Kadizi tutmaq üçün bir daha cəhd göstərməsi üçün ona edilən təzyiqlərdən yayınmağı bacardı. Uğursuz döyüşlərini kompensasiya etmək üçün İttifaq komandanları İspaniyanın cənub sahillərində yerləşən kiçik bir liman qəsəbəsi olan Cəbəllüttariqin ələ keçirilməsinə qərar verdilər. Aramsız top atəşlərindən sonra şəhər ingilis krallıq donanması və holland dənizçiləri və dənizçiləri tərəfindən işğal edildi. Qubernator Dieqo de Salinas avqustun 4-də Cəbəllüttariq və kiçik qarnizonunu təslim etməyi qərara aldı. Üç gün sonra şahzadə Georg VI Karlın adına Avstriya və İspaniya Habsburqlarının qoşunları ilə qəsəbəyə girdi.

Böyük İttifaq İspaniya taxtında kral olaraq V Filppi VI Karlla əvəzləmək məqsədi uğursuzluqla nəticələndi. Lakin müharibənin və Utrext sülhünün nəticələrinə görə Cəbəllüttariq Böyük Britaniyaya verildi.

Tarixi 200px|thumb|left|Admiral Corc Ruke (1650-1709). Maykl Dahlın rəsmi. 200px|thumb|right|Darmştat şahzadəsi Georq Hessen (1670–1705). Şahzadə Georq Pireney yarımadasında imperatorun nümayəndəsi və İngiltərə-Hollandiya qüvvələrinin nominal komandanı idi. 250px|thumb|right|1704-cü ilavqustun 1-3-də Cəbəllüttariqə hücum. Darmştat şahzadəsi Georq avqustun 6-da qəsəbəyə girdi, lakin Cəbəllüttariqə tam nəzarət ingilislərin əlinə keçdi. İspaniya mirası uğrunda müharibəyə girərkən İngiltərə digər məqsədləri ilə yanaşı İspaniyanın Aralıq dənizi sahillərindəki limanları da əldə etmək istəyirdi. Portuqaliya ilə bağlanan müqavilə ingilislər üçün Lissabon və Porto limanlarını açdı, lakin Portuqaliya (rəsmi olaraq bitərəf qalsa da) yeni müharibədə silahlı qarşıdurma zamanı əsas döyüşlərin baş verdiyi Aralıq dənizindəki dəniz bazalarını itirən Böyük Britaniya ilə döyüşən Fransaya dəstək verdi.Bromley: The New Cambridge Modern History VI: The Rise of Great Britain and Russia 1688–1725, 418

1702-ci il mayın 30-da admiral Corc Rukun və Darmştat şahzadəsi Georq Hessenin komandanlığı altında 13.800 nəfərlik heyət ilə 30 ingilis və 20 holland döyüş gəmisi Torbey limanından yola çıxdı. İspaniya sahillərinə gedən eskadranın məqsədi cənubda ingilis donanması üçün həbri baza limanı təmin etmək idi. Həmçinin ona Brest və Toulonda yerləşən Fransanın Atlantik okeanı və Aralıq dənizi eskadralarının hərəkətinə mane olmaq üçün Kadis limanını ələ keçirmək əmri verildi.

Kadisin tutulması əməliyyatı 1702-ci il 23 avqust - 25 sentyabr aralığında davam etdi. İngilislər ləng və tərəddüdlə hərəkət edirdilər. Böyük çətinliklə sentyabr ayının ortalarına qədər onlar Kadisin bayır qalalarına - Santa Katarina və Santa Mariyaya desant çıxararaq tutmağı bacardılar. İngilislərin yerli əhalini qorumaq vədlərinə və kral seçilməsində ispanlara kömək etmək kimi söz vermələrinə baxmayaraq, Darştat şahzadəsinin qoşunu Kadis yaxınlığında qarət və rekvizitlərlə məşğul olmağa başladı. Sonda admiral Ruk qoşunları yenidən gəmilərə doldurmağa və mühasirəni dayandırmağa qərar verdi. Müttəfiqlərin donanması 14 milyon peso dəyərində külçə ilə yüklənmiş İspaniya "gümüş donanmasını" yandırmağı bacardığı Viqoya doğru getdi. İngilislər zəngin qənimət ələ keçirməyi bacardılar, ancaq ispanlar hücumdan əvvəl qiymətli daş-qaşların çox hissəsini boşaltmağa müvəffəq olmuşdular. Buna baxmayaraq, admiral parlament tərəfindən sərt şəkildə tənqid olundu, çünki donanma qışı keçirmək üçün İngiltərəyə dönmək məcburiyyətində qaldı.Lynn: The Wars of 1667–1714, 295–96

Aralıq dənizi sahillərinə ilk yürüş 1703-cü il kampaniyasında admiral Şovellin komandanlığı altında Aralıq dənizinə 35 ingilis və 12 holland gəmisindən ibarət bir donanma göndərildi. Donanma yalnız iyul ayının ortalarında yola çıxdı, vəzifəsi əsasən zəngin ticarət donanmasının (230 ticarət gəmisinə qədər) təhlükəsiz şəkildə Smirnaya və geri qayıtmasını təmin etməkdən ibarət idi. Bundan əlavə, admirala bir sıra ikinci dərəcəli tapşırıqlar verilmişdi, məsələn: Avstriyaya Adriatik dənizi boyunca tədarüklər çatdırmaq; Venesiya və Toskananı ciddi şəkildə bitərəfliyini qorumağa məcbur etmək; Mavritaniya ölkələrini Fransaya qarşı mübarizə aparmağa qaldırmaq; əlverişli şəraitdə Tulon, Kadis və digər limanlara hücum etmək. Noyabrın 16-da tapşırığı bitirdikdən sonra müttəfiqlərin eskadrilyası İngiltərəyə, Vayt adasına mallarını gətirən gəmiləri gətirdi. Lakin Donsdakı şiddətli və uzun sürən fırtına əsnasında heyəti 1500 nəfər olmaqla 9 döyüş gəmisi və 4 kiçik gəmini itirdi. Demək olar ki, qalan bütün digər gəmilər də ciddi şəkildə zərər gördülər. İngilislərin dəniz qüvvələri hollandların iştirakı olmadan, Rukun komandanlığı altında bir sıra tapşırıqları yerinə yetirdilər. Onlar fransız gəmilərini Fransa limanlarından çıxmağa qoymurdular. Fransız donanmasını limanlarda tutmaq üçün Fransa sahillərini daim təzyiq altında saxlayırdılar və düşmənin ticarətini məhv edirdilər. Ciddi heç bir əhəmiyyətli tapşırıq yerinə yetirilmədi. Ruk sakitcə limanda gəmisində lövbərdə idi və heç bir ciddi tədbirlər görmürdü. Yalnız qovulacağı ilə təhdid edildikdən sonra müəyyən bir məqsəd olmadan açıq dənizə çıxdı.

Bu arada İspaniya kralı taxtına iddiaçı olan Avstriya herqersoqu Karl (III Karl) müttəfiq qoşunların Lissabona desant çıxarması şərti ilə Fransaya qarşı ittifaqa qoşulan Portuqaliyanın köməyi ilə hakimiyyətə sahib çıxmalı idi. Eyni zamanda, İngiltərə Portuqaliya ilə Metuen müqaviləsi adlanan əhəmiyyətli bir ticarət sazişi imzaladı və hər iki tərəfin istehsal etdikləri malların idxalını qarşılıqlı olaraq təşviq etməyi vəd etdi. Bunun sayəsində Portuqaliyadakı bütün ticarət tədricən ingilislərin əlinə keçdi və Portuqaliyanın özü əsrlər boyu Britaniya maraqları sahəsinə daxil oldu.

1703-cü ilin oktyabrında Hollandiyada Corc Rukun eskadrilyası, Lisabona aparmaq üçün herqersoqu Karlı göyərtəsinə aldı. Hadisələrin bu cür inkişafını görən Savoyya, 1703-cü ilin sonunda Avstriya varisinin tərəfinə keçməyi qərara aldı və İngiltərənin müttəfiqi oldu.

1704-cü il fevralın 12-də Avstriya herqersoqu Karl Rokun gəmisində Lissabona gəldi, burada fevralın 15-də Avstriya imperatorunun oğlu Portuqaliya Kralı və ailəsi tərəfindən təntənəli şəkildə qəbul edildi. Bir az sonra admiral Şovellin gəmiləri Pireney yarımadasının sahillərində peyda oldu. İngiltərə-Holland eskadronunun sayı 78 döyüş gəmisinə çatmışdı. Onlarda 9 min nəfər döyüş heyəti daxil idi. Üstəlik eskadra 68 dəniz nəqliyyatı vasitəsini müşayiət edirdi. Qoşunların əsas hissəsini Portuqaliya sahillərinə çıxarmaq üçün nəzərdə tutulmuşdu. Müttəfiqlər nəhayət, Pireney yarımadasında ilk limanlara sahib oldular, lakin tezliklə ingilislər vəziyyətin bütün etibarsızlığını və təhlükəsini başa düşdülər. Onlar öz müstəqil bazalarına ehtiyac duyurdular.Kamen: of Spain: The King who Reigned Twice, 33

Lissabona daxil olduqdan sonra Ruk, may ayının əvvəlində 33 döyüş gəmisi ilə Portuqaliyanın paytaxtını tərk etdi (Hessen-Darmşdat şahzadəsi Georqun tabeliyində olan alman muzdlular ilə)Francis: The First Peninsular War: 1702–1713, 104 və üç həftə sonra Barselonaya gəldi. Anjulu Filippin köməyi ilə Kataloniya canişini olan Fransisko de Velasko müttəfiq eskadronunu top atışlarıyla qarşıladı.Trevelyan: England Under Queen Anne: Blenheim, 405 Sahilə uğursuz desant çıxarmaq cəhdindən sonra Ruk Tulona getdi, burada Tuluza qrafının yaxınlaşması xəbərini aldı; Ruk dərhal onu qarşılamağa getdi. Tezliklə yenidən Savoyanın qətiyyətsizliyi səbəbiylə müharibənin ağırlıq mərkəzinin yenidən İspaniyaya köçürülməsi lazım olduğu barədə gizli məktub aldı. Bu səbəbdən ona Portuqaliya və İspaniya krallarının sərəncamında olmaq əmri də verildi.Francis: The First Peninsular War: 1702–1713, 107

Rukun kəşfiyyatçıları iki gün sonra fransızların yerini aşkar etdilər, ancaq fırtına onların qarşılaşmasını mümkünsüz etdi və Tuluza qrafı döyüşsüz Tulona girməyi bacardı. Bununla da Fransız eskadronları birləşdi.Trevelyan: England Under Queen Anne: Blenheim, 406

Ruk Lissabona geri döndü. Eyni zamanda admirallığın lordları iki il əvvəl ingilislərin tuta bilmədikləri Kadis limanını mütləq ələ keçirmək qərarı verdilər.Le Fevre & Harding: Precursors of Nelson: British Admirals of the Eighteenth Century, 68

Cəbəllüttariqə hücum 300px|thumb|right|İngilis-holland eskadrası Cəbəllüttariq qarşısında. 1704-cü il iyun ayının sonunda Ruk Portuqaliyanın cənubunda Laqosda Şauvel ilə birləşdi. Atıq onun sərəncamında 60 gəmi var idi. Burada aldığı məktubda hər iki kralın sərəncamında olma əmri təsdiqləndi. Beləliklə o, Lissabona tərəf yönəldi. Orada Ruk təlimat istədi və sərəncamına quru qoşunları veriləcəyi təqdirdə, Aralıq dənizinə gedən yolda Kadisi tutmağa hazır olduğunu bildirdi. Eyni zamanda, su təchizatı doldurmaq üçün Malaqaya getdi və sonra Cəbəllüttariq boğazında manevr etməyə başladı. Cavab iyulun sonunda gəldi; Rukla razılaşırdılar, ancaq ona qoşun verə bilmədilər.

İyulun 27-də müttəfiqlərin bundan sonra nə edəcəklərinə qərar vermək üçün flaqman Royal Katerina gəmisində hərbi şura keçirildi. Ruk, Şovell və şahzadə Georq 1800 nəfərlik qüvvənin Kadisi almaq üçün yetərli olmadığı barədə yekdil razılığa gəldilər. Çünki ispanlar son cəhddən sonra şəhərin müdafiəsini kifayət qədər möhkəmləndirmişdilər. Eyni zamanda, donanmanın sərbəst hərəkət imkanı Kraliça Annanın əmri ilə məhdudlaşdırılmışdı. Kraliça yalnız III Karlın və Portuqaliya Kralının icazəsi ilə hərəkət etməyi əmr etmişdi. Bununla bərabər kraliça Anna donanmadan qəti addımlar gözləyirdi. Belə bir vəziyyətdə, eskadronun flaqmanlarından biri - vitse-admiral Con Lik - Cəbəllüttariqin ələ keçirilməsini təklif etdi.

Likin ideyasını vitse-admiral Corc Binq böyük həvəslə dəstəklədi. Bu fikr Rok və şahzadənin də xoşuna gəldi. Ammka onlar güclü müdafiə divarlarına malik Cəbəllüttariqin alınmaz olduğunu yaxşı bilirdilər. Lakin kəşfiyyat məlumatlarına görə, orada demək olar ki, qoşun yox idi və təhcizatla bağlı ciddi problemlər yaranmışdı. Qida çatışmazlığı mövcu idi. Qəfil bir hücum halında müvəffəqiyyət təmin edilə bilərdi. Lakin birbaşa hücumun uğursuz olması halında müttəfiqlər şəhəri ac buraxmağa çalışmağa cəhd edəcəkdilər. Bundan əlavə, fransızların əsas qüvvələrinin yaxınlaşması halında donanmanın zəifləməsi riski yox idi.