Anna Vaçiki Hakobyan (; ) — Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı. "Armenian Times" qəzetinin baş redaktorudur. "Ermənistanın birinci xanımı" adı rəsmi olaraq Ermənistan Prezidentinin həyat yoldaşına məxsus titul olsa da, Anna Hakobyan qeyri-rəsmi olaraq ölkənin birinci xanımı olaraq qəbul edilmişdir.

Həyatı

Təhsili və karyerası Anna Hakobyan 1 fevral 1978-ci ildə Ermənistan SSR-də anadan olub. İrəvan Dövlət Universitetində təhsil alıb. Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Hal-hazırda Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktorudur.

Ermənistan İnqilabı

Hakobyan, keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal rol oynadı.

Baş nazirin xanımı Hakopyan 8 may 2018-də əri Nikol Paşinyanın Baş Nazir olaraq seçilməsindən sonra Baş Nazirin xanımı oldu. 2018-ci ilin avqustunda Woman's World adlı Amerikan jurnalı tərəfindən keçirilən bir sorğu Hakopyanın 2018-ci ilin ən gözəl First Lady-si olaraq tanındığını göstərdi.

İstinadlar

Kateqoriya:Erməni jurnalistlər Kateqoriya:Ermənistan jurnalistləri Kateqoriya:Ermənistan redaktorları