Həyatı Elvin Fuad oğlu Qasımov 1 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fotoqraflığa həvəsi uşaqlıqdan yaranmışdır, səbəbi isə atası Fuad Qasımovun həvəskar fotoqraf olması idi. 2017-ci ildə ailə həyatı qurmuşdur və bu evlilikdən David adında oğlu vardır. Bioqrafiyası 2008-2009-cu illərdə Belarusda yerləşən Minsk Foto Məktəbində və 2009-2010-cu illərdə isə Ukraynanın Kiyev Foto Məktəbində təhsil almışdır. Peşəkar fotoqraflığa 2010-cu ildə Kelvin Qasımov adı ilə başlamışdır. 2012-ci ilin fevralında YouTube kanalı açmışdır. Hal hazırda 1,48 min abunəyə sahibdir. Toplamda 361 milyon baxış almışdır.

Yaradıcılığı Üstünlük verdiyi janrlar: Jurnalistika, toy jurnalistikası, portret, street. Sevdiyi dəstixət sürrealizmdir. Ən çox çalışdığı janr toy foto jurnalistikasıdır. Toy fotojurnalistikasından əlavə Kelvin Qasımov digər layihələrə də imza atmışdır:

2013-cü ildə Bakıda "Şəhəri təmiz saxlayaq" adlı layihə

2020-ci ildə Moskvada "Heyvanları qoruyaq" adlı layihə

Həmçinin "#wearegullivers"https://www.instagram.com/gulliversss/ layihəsinin müəllifidir.

Ən son layihəsi isə aparıcı Zümrüd Bədəlova ilə birlikdə etdiyi stop-motion çəkilişidir.

Azərbaycanda 3 dəfə masterklas keçirib və aralarında əcənəbi fotoqraflar da olmaqla 100-dən artıq fotoqrafa sertifikat təqdim etmişdir.

İtaliya, Almaniya, Fransa, Belçika, İsveçrə, İspaniya, Portuqaliya, İsveç, Monako, Yunanıstan, Türkiyə və bir çox MDB ölkələrində müxtəlif çəkilişlər etmişdir.

Uğurları Mükafatları: GRADAC Photo Group İnternational, Autumn Circuit 2018: GRADAC PGİ Bronze medal Xarici keçidlər Facebook səhifəsi

İnstagram səhifəsi

Youtube kanalı

İstinadlar