Mustafa Mahmudov () — Azərbaycan Milli Şurasının və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Rusiya İmperiyasının II Dövlət Dumasının deputatı, müsəlman fraksiyasının üzvü.Anar İsgəndərli, Azərbaycanın müsabitləri 1917–1920, səh 223, Bakı.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.
Həyatı Mustafa Hacı Musa oğlu Mahmudov 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdu.
Təhsili Mustafa Mahmudov İlk təhsilini, əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində almış, sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur. O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş, 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir.Ə. Seyidov. Qori seminariyası. Bakı,1988.
Müəllim kimi fəaliyyəti Təyinatını Yelizavetpol quberniyası Nuxa qəzasının Vəndam kəndinə (İndi Qəbələ rayonuna aiddir) versələr də o, kənd məktəbi təyinatını şəhər məktəbinə dəyişdirə bilmişdir.
Bakı quberniyası və Dağıstan vilayəti Xalq Məktəblər İdarəsində təşkil olunmuş qəbul imtahanlarında aparıcı komissiya üzvləri kimi iştirak edən Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov gənc seminaristin elmi və pedaqoji ustalığını yüksək qiymətləndirmiş, M. Mahmudovun təyinatının Bakıya dəyişdirməsinə şərait yaratmışlar.
Beləliklə, Mustafa Mahmudovun Bakıda işləmək niyyəti baş tutur. Onu Qori Müəllimlər Seminariyasının 1899-cu il məzununu, 1605 nömrəli attestatın sahibini illik əmək haqqı 675 manat olmaqla, Bakıdakı 3-cü rus -tatar məktəbinə müəllim vəzifəsinə təyin edirlər. 1904-cü il setyabrın 15-də Mustafa Mahmudovun öz xahişi ilə onu Sultan Məcid Qəniyevin başçılıq etdiyi 2-ci rus-tatar məktəbinə işləməyə dəvət edirlər. Burada oxuyan şagirdlərin sonralar ölkənin ictimai siyasi həyatında şərəfli yer tutmalarında bu məktəbin direktoru Sultan Məcid Qəniyevin və aparıcı müəllimlərin böyük rolu danılmazdır. Belə şagirdlərdənbiri də Məhəmməd Əmin Rəsulzadə idi.
1903-cü ildə M. Mahmudovun həyatında ağır anlar yaşanır. Böyük qardaşı Kürdəmirdə vəfat edir. Həm özünün, həm də vəfat etmiş qardaşının ailəsinin güzəranı pisləşir. Qardaşının yetim qalmış üç övladının, eləcə də dörd nəfərlik öz ailəsinin (özü, arvadı, qızı və 3 ildən çox onlarda məskuunlaşan bacısı oğlunun) da bütün ailə-məişət qayğıları adi bir ibtidai sinif müəlliminin üzərinə düşür.
M. Mahmudovun həyat salnaməsini izləmək üçün onun Bakı Duması Tədris Komissiyasının sədrinə ünvanlanan bir məktubu qiqqəti cəlb edir. O, bu məktubunda şəhərdə 1-ci rus-tatar məktəbində boş iş yerinə — direktorlıq vəzifəsinə keçməyə hazır olduğunu bildirir.
O bu vəzifəyə təsdiq edilir.
Bunun ardınca II Dövlət Dumasına deputat seçildiyinə görə pedoqoji fəaliyyətini yarımcıq qoyur. II Dövlət Duması cəmi 103 gün mövcud olur. Duma qovulduqdan sonra Mustafa Mahmudov yenidən əvvəlki direktor işinə geri dönür. Lakin dumadakı çıxışlarına görə 1908-ci ildə işindən uzaqlaşdırılır. Pedoqoji fəaliyyətini birdə 1910-cu ildə bərpa edə bilir. thumb|Mustafa Mahmudov (ayaqüstə soldan birinci) II Dövlət Dumasının müsəlman deputatları ilə
II Dövlət Dumasında fəaliyyəti 1907-ci il fevralın 6-da M. Mahmudov II Dövlət Dumasına deputat seçilir. Dövlət Dumasına Azərbaycandan ondan başqa Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Zeynal Zeynalov da seçilmişdi.Мамед Джафаров. Учитель. // За семью печатями.Баку,1992 стр.17–21.
Mustafa Mahmudov II Dövlət Dumasının 9 şöbəsinin, 4 komissiyasının üzvü olmuşdur.
M. Mahmudovun II Dövlət Dumasındakı çıxışlarından biri hələ ən yaxşı çıxışlardan biri kimi parlament tarixində qalmaqdadır. O, II Dövlət Dumasının 13 mart 1907-ci il tarixli 9-cu iclasında — "Hərbi-səhra məhkəməsinin ləğvi haqqında" qanun layihəsinə dair çıxışında demişdir:
Zaqafqaziya seymində deputat olması 1918-ci ilin fevral ayının 9-da Qori Müəllimlər Seminariyasının direktoruna yazdığı məktubda ona Zaqafqaziya Seyminə müsəlman blokundan deputat seçilməsi barədə məlumat vermişdir. Seymin fəaliyyətində iştirak edən ən aktıv müsəlman deputatlardan olmuşdur.Bəxtiyar Nəcəfov. Azərbaycan Demokratik Respublikası. Bakı,1992
Milli Şuranın üzvü olması Zaqafqaziya Demokratik Federativ Respublikası 1918-ci ilin may ayının 16-da süqut etdikdən sonra, müsəlman deputatlar Azərbaycan Milli Şurasını yaratdılar və özlərinin Azərbaycan və Azərbaycan xalqı haqqında qərar verə biləcək yeganə qanuni orqan olduqlarını bildirdilər. Mustafa Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edildiyi iclasın katibi olmuşdur. İstiqlaliyyət bəyannaməsini imzalayan 8 deputatdan biri də Mustafa Mahmudov olmuşdur.Ahmet Caferoğlu . İHtilalçı Mscahit Mahmudoğlu Mustafa.,, Mücahid jurnalı, 1962, N45–46.Nazim Nəsrəddinov. İstiqlal Bəyannaməsini imzalayanlardan biri-Kürdəmirli Mustafa Mahmudov. Strategiya.az. 28.05.2016.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olması Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı kimi əvvəldən xidmət etmişdir. Müsavat Partiyasına mənsub olmuşdur. Aktiv deputatlıq fəaliyyəti olduğu üçün, Azərbaycan Kənd Təsərrüfatı Komissiyasına üzv təyin edilmişdir.Азербайжанская Демократическая Республика Parlamentin bütün qərar və qanunlarının qəbul edilməsində aktiv şəkildə iştirak etmişdir. Ziya Bünyadov yazdığı "Azərbaycan Parlamentinin son saatları" məqaləsində Mustafa Mahmudovun da nitqinə yer ayırmışdır. Parlamentin son iclasının hesabatında adı səhvən Muxtar kimi yazılmışdır.Akademik Ziya Bühyadov. Azərbaycan Parlamentinin son saatları .// За семью печатями.Баку,1992.səh.3–16.
Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra Azərbaycanı tərk etməmişdir.
Ailəsi Bir çox yerdə bir qızının olması yazılsa da, əslində 3 övladı olmuşdur. Qızı Sara Şamaxılı Həcməddin Qarayevlə ailə həyatı qurmuşdur. Hal-hazırda bu izdivacdan Moskvada Mahmudovların nəsil şəcərəsi davam etməkdədir. Digər qızı Səfurə Bakıda yaşamış, 1988-ci ildə vəfat etmişdir. Oğlu isə hələ kiçik yaşlarında olarkən vəfat etmişdir.
Mustafa Mahmudovun özündən başqa yaxın qohumlarının və ailə üzvlərinin bir çoxu Böyük təmizləmə zamanı repressiya qurbanı olmuşdur.
Öldürülməsi 1937-ci ilin noyabrın 23-də həbs edilən Mustafa Mahmudov, həmin ilin dekabr ayının 20-də güllələnərək öldürülmüşdür.
Xatirəsi Hal-hazırda Azərbaycan Respublikasının Kürdəmir rayonunda adına küçə vardır.
Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Azərbaycan Milli Şurası Rusiya İmperiyasının Dövlət Duması
İstinadlar
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Rusiya imperiyası II Dövlət Dumasının üzvləri Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Məktəb direktorları Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Azərbaycanlı siyasətçilər