Şakir Məmməd oğlu Nağıyev () — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru (1995), professor (2012), Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "Nüvə və yüksək enerjilər fizikası" laboratoriyasının rəhbəri.
Həyatı Şakir Məmməd oğlu Nağıyev 15 mart 1949-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Qasımlı kənd orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Diplom işini 1970 – 1971-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ, Moskva vilayəti, Dubna ş.) Nəzəri Fizika Laboratoriyasinda yerinə yetirmiş, burada MDU-nun Nüvə Elmi Tədqiqat İnstitutunun Dubna filialında tələbələrlə birlikdə mühazirələri dinləmişdir. Diplom işində Kulon sahəsində səpilmə amplitudu üçün Lippman-Şvinger inteqral tənliyinin Fredholm determinantlar metodu ilə həllinə baxmışdır. 1971-ci ildə Fizika fakültəsini "Nəzəri və riyazi fizika" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və təyinatla AEA Fizika İnstitutunun "Nüvə Tədqiqatları" laboratoriyasında laborant vəzifəsində elmi fəaliyyətə başlamışdır. 1972-ci ildə Fizika İnstitutunda "Nəzəri və riyazi fizika" ixtisası üzrə aspiranturaya daxil olmuş və aspirant təhsilini BNTİ-nin Nəzəri Fizika Laboratoriyasinda almışdır. Aspirant dövründə relyativistik Hamilton kvant sahə nəzəriyyəsini işıq konusunda kovariant şəkildə formulə etmiş və 1979-cu ildə "Relyativistik Hamilton nəzəriyyəsinin işıq konusunda kovariant formulirovkası və onun bəzi tətbiqləri " mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Relyativistik bağlı halların sonlu-fərq modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1975–1983-cü illərdə Fizika İnstitutunda kiçik elmi işçi, 1983–1993-cü illərdə böyük və aparıcı elmi işçi, 1993–1995-ci illərdə isə baş elmi işçi vəzifələrində çalışmışdır. 1995–2019-cu illərdə "Nüvə Tədqiqatları" laboratoriyasının, 2019-cu ildən isə "Nüvə və yüksək enerjilər fizikası" laboratoriyasının rəhbəridir. (2000–2006-cı illərdə də "Yüksək enerjilər fizikası" laboratoriyası "Nüvə Tədqiqatları" laboratoriyasına birləşdirilmişdi.) Şakir Nağıyev 2012-ci ildə professor adını almışdır.
Elmi məqalələrin sayı-130-dan cox
Elmi-kütləvi və elmi-nəzəri məqalələrin sayı-25-dən cox
Beynəlxalq konfranslarda iştirakının sayı-30-dan çox
Xaricdə çıxmış elmi əsərlərinin sayı-60
Kadr hazırlığı — 20-yə yaxın magistrant, 8 fəlsəfə doktoru. Hazırda 2 magistrantın, 4 dissertant və doktorantın rəhbəridir.
10-a qədər elmi kitabın elmi redaktoru və ya rəyçisi olmuşdur.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Şakir Nağıyev 1996–2003-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə əməkdaşlıq etmiş, TQDK-nın fizika fənni üzrə ekspert şurasınin üzvü, 2003–2009-cu illərdə Azərbaycan Respublikası Prezident yanında AAK-ın fizika elmləri üzrə Ekspert Şurasının üzvü, 2009–2015-ci illərdə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur. Hazırda Fizika Institutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Fizika İnstitutunun Elmi Şurasının üzvü, Dissertasiya Şurasının nəzdindəki Elmi seminarın sədri və AMEA-nın "Fizika" və "Xəbərlər" (fizika və astronomiya seriyası) elmi jurnallarının redaksiya heyətlərinin üzvüdür. O, həmçinin BNTİ-nin Beynəlxalq Elmi Şurasının üzvü və CERN –də (Cenevrə, İsveçrə) ATLAS Experimentində Azərbaycan alimlərinin Qrup rəhbəridir.
Elmi-Pedoqoji fəaliyyəti 1976–1980-ci illərdə 1 nömrəli Fizika-riyaziyyat təmayüllü internat məktəbində (indiki FRİTL), 1982–1984-cü illərdə Xankəndidə Pedaqoji İnstitutda və 1988–2014-cü illərdə (fasilələrlə) Azərbaycan Dövlət Pedaqoji Universitetində Nəzəri və riyazi fizika kurslarından saat hesabı dərs demişdir. 1980-ci illərdən başlayaraq "Elm və həyat" və "Fizika və riyaziyyatın tədrisi" jurnallarında elmi-kütləvi və elmi-nəzəri məqalələrlə cıxış etmişdir. Bu məqalələr elementar zərrəciklərə, Böyük partlayış, Kainatın genişləməsi, təkamülü və fiziki vakuumun xassələri kimi məsələlərə və s. həsr olunmuşdur. 1996–20011-ci illərdə TQDK ilə sıx əməkdaşlıq etmiş, TQDK-nın fizika fənni üzrə test bankının yaradıcılarından biri olmuş, Abituriyent jurnalında, Bakı Təhsili qəzetində və s. məktəb fizika müəllimlərinə və şagirdlərə kömək məqsədilə cətin mövzuları işıqlandıran elmi-metodiki məqalələrlə cıxış etmişdir. 2001–2014-cü illədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində əvəzçiliklə kafedra müdiri vəzifəsində çalışmışdır. 2015-ci ildən Fizika İnstitutunun magistrantlarına Kvant mexanikası, Kvant sahə nəzəriyyəsi, Kalibrlənmə sahə nəzəriyyəsi, Kvant elektodinamikası, Nüvə və yüksək enerjilər fizikasi fənnlərini tədris edir.
Dil bilikləri Azərbaycan dili, Rus dili, İngilis dili.
Əsas elmi nailiyyətləri Şakir Nağıyevin əsas elmi fəaliyyəti işıq konusunda relyativistik kvant sahə nəzəriyyəsinin (kovariant Hamilton nəzəriyyəsinin) qurulmasına, dərin qeyri-elastiki lepton-adron səpilmə proseslərini təsvir etmək üçün ümumi formalizmin inkişaf etdirilməsinə, ikizərrəcikli səpilmə amplitudu üçün Lippman-Şvinger tipli relyativistik tənliyin alınmasına, relyativistik sonlu-fərq kvant mexanikasının sonrakı inkişafına, relyativistik sonlu-fərq dalğa tənliyinin müstəvi dalğalar səklində həllərinin kompleks yeyinlik müstəvisinə analitik davam etdirilməsi sayəsində sərbəst finit (konfayment) hərəkəti təsvir edən həllərin alinmasına, qeyri-relyativistik kvant mexanikasının bir çox dəqiq həll olunan və fiziki tətbiq baxımından mühüm olan potensial modellərinin relyativistik və q-analoqlarının qurulmasına, nəzəri fizikada geniş tətbiq olunan bir cox klassik və q-ortoqonql coxhədlilərin yeni xassələrinin öyrənilməsinə, q-faktorizasiya metodunun inkişafına, dinamik simmetriya qruplarının tapılmasına, kvant-mexaniki evolyusiya operatoru metodunun inkişaf etdirilməsinə həsr olunmuşdur. İşıq konusu üzərində inkişiaf etdirilmiş və istənilən spinli kvant sahələrini əhatə edən kovariant Hamilton kvant sahə nəzəriyyəsi çərçivəsində unitarlıq şərtini və səbəbiyyət prinsipini ödəyən, requlyarizasiya olunmuş S-matrisa (S-operator) qurulmuşdur. İşıq konusunda yaranan əlavə sinqulyarlıqları kompensasiya etmək üçün nəzəriyyəyə sonsuz sayda kontrhədlər daxil edilmişdir. Kovariant 3-ölçülü diaqram texnikası, dərin qeyri-elastiki lepton-adron səpilmə proseslərini təsvir edən ümumi formalizm və digər nəticələr elmi ədəbiyyatda öz tətbiqlərini tapmışdır. Relyativistik sonlu-fərq kvant mexanikası limit halı kimi adi kvant mexanikasını özündə saxlayır. Nüvə və elementar zərrəciklər fizikası sahəsində, relyativistik sonlu-fərq kvant mexanikası məsələlərində tətbiq olunan dinamik simmetriya qrupu və cəbri yanaşmalar, relyativistik və qeyri-relyativistik qeyri-stasionar hərəkət tənliklərini həll etmək üçün evolyusiya operatoru metodu inkişaf etdirilmişdir. Bu metodun köməyilə Şredinger tipli müəyyən sinif qeyri-stasionar diferensial və sonlu-fərq hərəkət tənlikləri ümumi şəkildə dəqiq həll edilmiş, bu sinifə və relyativistik və qeyri-relyativistik kvadratik kvant sistemlərinə uyğun xronoloji çözülmüş evolyusiya operatorlarının aşkar şəkilləri tapılmışdır. Qeyri-kommutativ operatorların xronoloji çözülməsinin yeni metodikası təklif olunmuş və Beyker-Hausdorf tipli müxtəlif yeni operator eyniliklər alınmışdır. Bu eyniliklər kvant mexanikasının, riyazi fizikanın və kvant sahə nəzəriyyəsinin ayrı-ayrı məsələlərinin həllində uğurla tərbiq oluna bilər. Geniş tətbiqə malik olan bir çox kvant dinamiki sistemlərin dəqiq həll olunan sonlu-fərq modelləri qurulmuş və elementar zərrəciklər fizikasında tətbiq olunmuşdur. Kvant-mexaniki faktorizasiya üsulu q-kvant sistemləri və sonlu-fərq tənlikləri halına ümumiləşdirilmiş və tətbiq baxımından perspektivli olan 4 müxtəlif q-ossilyator modeli qurulmuş və tədqiq edilmişdir. Bu modellər Yapon alimlıri tərəfindən "Dubna modeli" adlandırılmişdir. Asılı olmadan q-kommutator anlayışı daxil edilmişdir. Klassik və q-ortoqonal çoxhədlilərin müəyyən sinfi tədqiq edilmiş və mühüm nəticələr alınmışdır. q-ortoqonal çoxhədlilər sinfi üçün bütün ədəd oxunda Qauss tipli sadə çəki funksiyası ilə ortoqonallıq şərtinin yeni formaları alınmış, klassik və q-ortoqonal çoxhədlilər arasında Furye çevirməsinin köməyilə müxtəlif yeni münasibətlər qurulmuş və digər xüsusi funksiyalar üçün yeni limit, diferensial və inteqral əlaqələr tapılmışdır. Klassik və q-ortoqonal coxhədlilər arasında qurulmuş münasibətlər dünya riyaziyyatçılarının böyük marağına səbəb olmuşdur.
Beynəlxalq seminar, simpoziyum və konfranslarda iştirakı 1. School of Young Scientists on Problems of High Energy Physics and QFT (Suxumi, 1972, USSR).
2. School of Young Scientists on Problems of High Energy Physics and QFT (Baku, 1976, USSR).
3. III Intern. Workshop on Problems of High Energy Physics and QFT (Protvino, 1981, USSR).
4. IV Intern. Workshop on Problems of High Energy Physics and QFT (Protvino, 1982, USSR).
5. VII Intern. Workshop on Problems of High Energy Physics and QFT (Protvino, 1984, USSR).
6. School of Young Scientists on Problems of High Energy Physics and QFT (Protvino, 1985, USSR).
7. Intern. Workshop Quaks-86 (Tbilisi, 1986, USSR).
8. Intern. Workshop on Problems of QFT (Alushta, 1987, USSR).
9. Workshop on High Energy Physics (Edirne, 1991, Turkey).
10. Regional Conference on Mathematical and Theoretical Physics (Tebriz, 1992, Iran).
11. Invitation to the Institute of Physics and Mathematics (University of Mexico, 1April-30 June, 1997, Mexico).
12. First International Conference on "Invers Problems of Theoretical and Mathematical Physics" is devoted to the 80th anniversary of the President of Azerbaijan Republic Haydar Aliyev (Sumgait, 2003, Azerbaijan).
13. IPM String School and Workshop (Tehran, 2004, Iran).
14. International Scientific-Conference "Fizika-2005" dedicated to the 60th anniversary of the Institute of Physics of ANAS (Baku, 2005, Azerbaijan).
15. I–IX International Conferences on "Modern Trends in Physics", Baku State University (Baku, 2007–2015, Azerbaijan).
16. X International Conferences on "Modern Trends in Physics", Baku State University (Baku, April 2017, Azerbaijan).
17. Participation in the JINR International Scientific Council (Dubna, February 2018, Russia).
18. The sixth International Conference on Control and Optimization with Industrial Applications, Baku State University (Baku, July 2018, Azerbaijan).
19. Participation in the JINR International Scientific Council (Dubna, February 2019, Russia).
20. First International Multidisciplinary Studies Conference (Greisen, March 2019, Turkey).
21. XI International Conference on "Modern Trends in Physics" dedicated to the 100th anniversary of Baku State University (Baku, may 2019, Azerbaijan).
22. Participation in the JINR International Scientific Council (Dubna, September 2019, Russia).
23. Visitor CERN as Team Leader of Scientists from Azerbaijan in ATLAS Experiment (28.10.2019–03.11.2019).
Kitabları 1. A. Muxtarov, Ş. Nağıyev, M. Rəcəbov, Uşaqlar üçün eksiklopediya. Fizika, I hissə, "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2008, 464səh.
2. A. Muxtarov, Ş. Nağıyev, Uşaqlar üçün eksiklopediya. Fizika, II hissə, "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2008, 424səh.
3. Ş. M. Nağıyev və başqaları, Fizika-11, Test tapşırıqları, Ümumtəhsil məktəbləri üçün dərs vəsaiti, TQDK-nın nəşriyyatı, Bakı, 207 səh.: 2001–2019-cu illərin nəşrləri.
4. E. N. Əmirbəyov, Ş. M. Nağıyev, Fizika-10. Test tapşırıqları, Ümumtəhsil məktəbləri üçün dərs vəsaiti, TQDK-nın nəşriyyatı, Bakı, 185 səh.: 2001–2019-cu illərin nəşrləri.
Elmi əsərlərindən nümunələr 1. E. I. Jafarov, A. M. Jafarova, S. M. Nagiyev, Existence of a pair of a new recurrence relations for the Meixner-Pollaczek polynomials, Tbilisi Mathematical Journal (Thomson Reuters), Vol. 11(3) (2018), pp. 29–39.