Corc Vaşinqton körpüsü () — ABŞ-də Hudzon çayı üzərində yerləşən və Nyu-Yorkun Manhattan bölgəsi ilə Nyu-Cersini birləşdirən körpüdür.
Othmar Ammanın memarlığı ilə 1927-ci il Sentyabr ayında inşasa başlanılan tikili 1931-ci il 24 Oktyabrda Hudzon çayı körpüsü adı ilə təhvilsə də daha sonra Corc Vaşinqtonun adını daşımağa başladı.
Tarixi Körpü 1776-ci ildə Corc Vaşinqtonun ABŞ İstiqlal müharibəsi zamanı müdafiə məqsədi ilə istifadə etidiyi Nyu-Yorkda yerləşən Vaşinqton qalası və Nyu-Cersidə yerləşən Li qalasının arasında salınıb.
Gediş haqqı + İllərə görə gediş haqqları İl Gediş haqqı 1931–1970 $0.50 1970–1975 $1 1975–1983 $1.50 1983–1987 $2.00 1987–1991 $3.00 1991–2001 $4.00 2001–2008 $6.00 2008–2011 $8.00 2011–2012 $12.00 2012–2014 $13.00 2014–2015 $14.00 2015–2020 $15.00 5 yanvar 2020 $16.00
Hadisələr Corc Vaşinqton körpüsü Nyu York aqlomerasiya regionunda intihar hadisələrinə görə seçilən yerlərdən biridir..İlk ölüm hadisəsi körpünün açılışı baş verməmişdən əvvəl olub.21 sentyabr 1930-cu ildə Norman J. Terry adlı kaskadyor minlərlə insanın qarşısında körpüdən tullanmış və boynu qırılaraq ölmüşdü..İlk intihar hadisəsi isə körpü açıldıqdan bir həftə sonra baş vermişdir.
1966-cı ildə 19 yaşlı pilot təyyarəsinin mühərrikində problem olduğu üçün körpüyə təcili eniş etməli olmuş,tıxac olmadığından dolayı ölən olmamışdır.
İstinadlar
Xarici keçidlər https://www.britannica.com/biography/Othmar-Herman-Ammann https://www.ascemetsection.org/committees/history-and-heritage/landmarks/george-washington-bridge https://news.asce.org/george-washington-bridge-still-adds-grace-to-new-york-skyline-50-years-later/
Kateqoriya:ABŞ-dəki körpülər Kateqoriya:Cass Gilbertin əsərləri