Ağrı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 15 km şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənəndçayın (Arazın sol qolu) sol sahilindədir. Əhalisi 304 nəfər (2000); əsasən meyvəçilik, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur. Kulubu, kitabxanası, tibb məntəqəsi var.
Tarixi Ağrı Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "Hündürlüyüdur, yüksək" deməkdir. Adını Türkiyənin Şərqində, Van gölündən Şimalda, Ermənistan yaylasının orta hissəsində yerləşən Ağrıdağ silsiləsindən almışdır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007..
Əhalisi Əhalisi 313 nəfərdir.
Həmçinin bax Vənənd
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri