İvan Petroviç Pavlov (; ) — rus fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, akademik.
Həyatı Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizioloji və təcrübi psixologiya sahələrinə dərindən təsir etdi. Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizioloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Bu səbəblə hər iki elm sahəsinin qurucularından sayılır. thumb|left|Pavlov iti, Ryazan muzeyi. Leninqrad Fiziologiya İnstitutunun başında olaraq işlərini davam etdirdi. Şərtli reflekslərin təbiəti və işləyişi mövzusundakı kəşfi, bütün araşdırmaları öyrənmə sahəsinə yönəltdi. Pavlovun itlər üzərində etdiyi klassik şərtlənmə təcrübələri məşhurdur. İtə ilk olaraq bir neçə dəfə zəng çalınır lakin it reaksiya vermir. Sonradan ət verilər, itin tüpürcəkləri axır. Sonra ət ilə birlikdə zəng yenidən çalınır. Daha sonra ət verilmədiyi halda zəng çalındığında itin ağızının suyunun axdığı görülür. Şərtli ya da şərtləndirilmiş refleks deyilən hadisə də budur. Pavlov, bu davranışın, psixoloji fəaliyyətlə eyni olan yüksək səviyyədə sinir fəaliyyətinin əlamətlərindən biri olduğunu qarşıya qoyur və psixologiya sahəsində etibarlı tək yanaşmanın təcrübi üsul olduğunu vurğulayır. Pavlov, bu sahədəki işlərinə görə 1904-cü ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını qazanmışdır.
Mənbə Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.82
İstinadlar
Kateqoriya:Rusiya həkimləri Kateqoriya:Ryazanda doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin məzunları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Rusiya ateistləri Kateqoriya:Rusiya alimləri Kateqoriya:SSRİ şəxsləri Kateqoriya:SSRİ farmakoloqları Kateqoriya:REA-nın İ. P. Pavlov adına Fiziologiya İnstitutunun alimləri