Qalabəyovlar — Azərbaycan xalqının soylarından biri.

Soyun yaranması Bu soyun nümayəndələri öncə Xıdırlı-Otuziki soyadını daşıyırdılar. Soyun ulu babası Hacı Lazım bəy Xıdırlı İbrahimxəlil xan Cavanşirin saray adamlarından sayılırdı. Divan gənəşiyində onun sözü keçərliydi. Məhəmmədxan bəy Hacılı-Cavanşirdən sonra Şuşa qalasının komendantı olmuşdu. Qala komendantı Qarabağ xanlığında qalabəyi adlanırdı.

Hacı Lazım bəy Xıdırlı-Otuzikinin törəməsi rus üsul-idarəsi dövründə Qalabəyov soyadını qəbul etdi.

Soyun tanınmış nümayəndələri Məhəmməd bəy Otuziki — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı, Şuşa şəhərinin komendantı. Kərim bəy Qalabəyov — Difai Partiyasının Cavanşir qəzası Bərdə komitəsinin rəhbəri. Abış bəy Qalabəyov — Şuşa qəzası rəisi (1918).

Mənbə Ənvər Çingizoğlu. Qalabəyovlar. ATŞC-nin xəbərləri, Bakı: 2003.

Həmçinin bax Qarabağ