Xoşbəxt ölüm (fr. La mort heureuse) — fransız yazıçı Alber Kamünün 1936–1938-ci illərdə yazdığı roman. Əslində roman müəllifin ilk romanı olsa da, Kamü onun böyük hissəsini yazıb qurtardıqdan sonra kitabı çap etdirməməyə qərar verir. O, 1936-cı ildə romanı yazmaq üçün qeydlər götürməyə başlayır.Kamü əsər yazankən həmişə qeyd dəftəri tutur və bunu əsərinin "laboratoriya"sı hesab edirdi.Albert Camus (préf. Présentation d'Agnès Spiquel), Paris, éditions Gallimard, 2010, 171 p. ISBN 978-2-07-040246-5 Əsər ilk dəfə Kamünün ölümündən 11 il sonra, 1971-ci il 4 apreldə Qallimard Nəşriyyatı tərəfindən çap olunur. Riçard Hovard tərəfindən tərcümə edilən ingiliscə versiyası isə 1972-ci ildə nəşr edilir.

Xoşbəxt ölüm ilə müəllifin 1942-ci ildə çap olunan və ən məşhur əsərlərindən sayılan Yad romanı arasındakı oxşarlıq diqqəti cəlb edir. Əsərin Patris Merso adlı baş qəhrəmanı bir çox cəhətdən Yad romanındakı Mersoya bənzəyir. Qəhrəmanların hər ikisi Əlcəzair əsilli fransız işçidir, müxtəlif səbəblərdən adam öldürür və bundan peşmanlıq duymurlar. İki hissədən ibarət olan Xoşbəxt ölüm üçüncü şəxsin dilindən yazıldığı halda, Yad romanının qəhrəmanı öz başına gələnləri özü nəql edir.

Kamü sonralar etiraf etmişdir ki, o, nə istədiyini özü də dəqiq anlamadan bir çox məsələyə toxunmağa və hər şeyi eyni vaxtda söyləməyə çalışmışdı. Romanda avtobioqrafik ünsürlər də nəzərə çarpır. Əsər üzərində işləyərkən yetərincə gənc olan Kamü keçmiş xatirələrindən təsirlənmiş, Əlcəzairdə dənizçiliklə bağlı işdə çalışdığı, vərəmdən əziyyət çəkdiyi və Avropaya səyahət etdiyi vaxtlar əldə etdiyi müxtəlif təcrübələrdən əsərində də istifadə etmişdir. Əsər yaşamaq iradəsi, insanın öz xoşbəxtliyini özü yaratması, bunu etmək üçün isə zamana (daha doğrusu, pula) ehtiyacı olması kimi bir çox ekzistensial mövzuları əhatə edir.

Məzmunu Romanın "Təbii ölüm" adlı birinci hissəsində sıxıcı bir ofis işində çalışan Patris Mersonun boş həyatının monotonluğu və Marta adlı sevgilisi ilə olan mənasız münasibəti təsvir olunur. Tanış olduğu Rolan Zaqrey (Zaqrey yunan mifilogiyasında obraz adıdır) adlı varlı, əlil bir adam ona bu sözləri deyir: Beləcə, Zaqrey puç olmuş həyatının mənasızlığını bəyan edir və Merso bu varlı adamın pulu ilə özünə xoşbəxtlik yaratmaq üçün onu öldürməyə qərar verir.

"Şüurlu ölüm" adlı ikinci hissədə isə Mersonun daha sonra Avropaya etdiyi səhayət təsvir edilir. Qatarla bir şəhərdən digərinə gedən Merso heç yerdə rahatlıq tapa bilmir və Əlcəzairə qayıdıb üç qadın dostu ilə dəniz yaxınlığındakı bir evdə yaşamağı qərar alır. Burada hər kəsin sadəcə bir məqsədi var: dünyadan əlini üzüb xoşbəxtlik axtarmaq. Lüsyena adlı sevmədiyi kəndli bir qızla evlənən Merso tək qalmağa ehtiyac duyur və kənddə dəniz qırağında bir ev alıb orada yalnız yaşayır. Ağır xəstə olan Merso, nəhayət, xoşbəxt ölümü dadır:

İstinadlar və qeydlər

Xarici keçidlər Review by Anatole Broyard, The New York Times, 13 June 1972 Notes on A Happy Death by Bob Corbett A Happy Death, translated by Richard Howard From In Review by David Latham

Kateqoriya:Alber Kamyunun romanları Kateqoriya:Fransız dilində romanlar Kateqoriya:Absurdist uydurma