Beersxot FK – Belçikanın futbol klubu.

Tarixi

Antverpen təmsilçisi 1999-cu ildə "Jerminal Ekeren" ilə "Jerminal Beerschot" klublarının birləşməsindən yaranıb. Avrokuboklarda 2005-2006 mövsümündə UEFA kubokunda Marselin "Olimpik" klubu ilə hər iki görüşdə qolsuz heç-heçə edən "Jerminal" oyun sonrası penalti seriyasında uduzub – 1:4. 2008-2009-ci illər mövsümündə isə sonuncu İntertoto kubokunun ikinci mərhələsində Neftçi Bakı klubuna məğlub olaraq mübarizəni dayandırıb. 1991-ci ildən qitə miqyaslı turnirdə çıxış edərək 20 oyundan 7-də qələbə qazanıb, 8-də heç-heçə edib, 5-də uduzub (topların fərqi 27-30).

Antverpenlilərin avrokuboklarda ən yaxşı göstəricisi 1/8 finala çıxması olub. Onları artıq keçirilməyən Kuboklar Kubokunda (1997-1998 mövsümü) mübarizədən Almaniyanın "Ştutqart" klubu çıxardıb.

Mənbə

“Neftçi” 10 ildir avrokuboklarda qələbə qazanmayan “Jerminal”a qarşı

Kateqoriya:Belçika futbol klubları Kateqoriya:1999-cu ildə yarananlar