Luis Vinicius de Menezes (; ), Luis Vinisio ( olaraq da bilinir ) və ya Luis Vinício () — Braziliya və İtaliya vətəndaşlığı olmuş keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyerasını bitirəndən sonra məşqçi kimi işləyib. "Viçentsa" klubunun A Seriyasında ən çox qol vuran oyunçusu.

Karyerası Luis Vinisiyo karyerasına 1950-ci ildə "Botafoqo" klubunda başlamışdır. "Botafoqo" klubunda Vinisiyo üçün orda ən uğurlu il 1953 idi, bu ildə futbolçu 14 qol vurmağı bacarır.

1955-ci ildə Vinisiyo İtaliyaya yollanır və "Napoli" klubu ilə müqavilə bağlayır. Yeni komandasının heyətində, 18 sentyabr 1955-ci ildə, "Torino" ilə matçda debüt edir. Vinisiyo tez bir zamanda Neapol klubuna uyğunlaşır və azarkeşlərin sevimlisinə çevrilir. Neapolda azarkeşlər ona "Rio Lion" ləqəbini verir. "Napoli"nin heyətində 5 mövsüm keçirərək 152 oyunda 69 qol vurur.

1960-cı ildə Luis "Bolonya" klubuna keçir. "Bolonya"da ilk mövsümdə əla çıxış edir, ancaq ikinci mövsümdə əsas heyətdəki yerini gənc danimarkalı Harald Nielsenə uduzur. Bundan sonra Luis "Viçentsa" klubuna keçir. "Vicenza"da Vinisiyo təkcə hücumun deyil həm də klubun liderinə çevrilir. Futbolçu burada qollarını sıralamağa başlayır. O, 1964-cü ildə 18, 1965-də 12 və 1966-cı ildə 25 qol vurur (həmin il çempionatda bombardir olur) .

Luis qol kralı adını qazandıqdan sonra Helenio Herrera tərəfindən "İnterə" dəvət olunur. Ancaq "İnter"də Vinisiyo cəmi 8 oyunda meydanda olur və bir qol vurur. Sonradan məlum olur ki, Herreranın Vinisiyonu transfer etməyinin səbəbi başqa imiş. O, Braziliyalı qol maşınını, onun ilə maraqlanan "Yuventus" ya da "Milan" klublarına keçməsin deyə transfer edib. Herrera bu transferi etməklə əsas rəqiblərinin güclənməsinin qarşısını almaq istəyirmiş. Bir mövsüm ehtiyat oyunçular skamyasında oturduqdan sonra, Luis "Viçentsa"ya qayıdır. Ancaq Luis əvvəlki oyun səviyyəsini göstərə bilməyərək karyerasını bitirir.

Karyera Statistikası

Uğurları Mitropa Kubokunun qalibi: 1961 İtaliya çempionatının bombardiri: 1966 (25 qol) İtaliya Kubokunun qalibi: 1976

İstinadlar

Xarici keçidlər

Laziowiki.org saytındakı məqalə İnter.it saytında profil İlfoglio.it saytındakı məqalə

Vinisiyo Vinisiyo Kateqoriya:Legioner Braziliya futbolçuları Vinisiyo Vinisiyo Vinisiyo Vinisiyo Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Latsio FK məşqçiləri Kateqoriya:Napoli FK məşqçiləri Kateqoriya:Udineze FK məşqçiləri Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Avellino FK məşqçiləri Kateqoriya:Braziliya şəxsləri Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Piza FK məşqçiləri Kateqoriya:Ternana FK məşqçiləri