Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid", Peter Balakian. Burning Tigris, p. 44. tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz,Palmer, Alan, Verfall und Untergang des Osmanischen Reiches, Heyne, München 1994 (engl. Original: London 1992), pp. 249, 258, 389. .Van Bruinessen, Martin. Agha, Shaikh and State — The Social and Political Structures of Kurdistan . London: Zed Books, 1992, p. 185. Van Bruinessen mentions the "occasional" recruiting of a Turkish tribe (the Qarapapakh) türkmənlər, Shaw, Stanford J. and Ezel Kural Shaw, History of the Ottoman Empire and Modern Turkey. Cambridge: Cambridge University Press, 1977, vol. 2, p. 246. yörükÖhrig, Bruno, Meinungen und Materialien zur Geschichte der Karakeçili Anatoliens, in: Matthias S. Laubscher (Ed.), Münchener Ethnologische Abhandlungen, 20, Akademischer Verlag, München 1998 (Edition Anacon), zugleich Inaugural-Dissertation zur Erlangung des Doktorgrades der Philosophie an der Ludwig-Maximilians-Universität zu München, München 1996, p. 36, . U. a. mit Verweis auf Ş. Beysanoğlu, Ziya Gökalp´in İlk Yazı Hayatı — 1894–1909 [Ziya Gökalp's First Writing Life, 1894–1909], Istanbul 1956, pp. 164–168.Vgl. deutschsprachige Wikipedia, Artikel "Yörük", Abschnitt "Herkunft und Einwanderung nach Kleinasien ", Versions-ID 31139363 və ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri. Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı.HAMİDİYE ALAYLARI TEŞKİLİNDE YER ALAN AŞİRETLERİN DETAYLI BİR LİSTESİ. Y. PRK. BŞK.31/107.1310(1892). Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi. 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur.Jongerden, Joost; Verheij, Jelle, eds. (2012–08-03). "Social Relations in Ottoman Diyarbekir, 1870–1915": p. 94

Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları.*Klein, Janet. The Margins of Empire: Kurdish Militias in the Ottoman Tribal Zone. Stanford: Stanford University Press, 2011. Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər.

Tarixi Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı Hinçak və Daşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi. Rusiyada Osmanlı İmperiyasının "Şərq Əyalətləri" üçün ambisiyalarını açıq şəkildə ifadə edir və istila üçün hazırlıqlara başlamışdı. II Əbdülhəmid şərq məsələsi adı altında, Avropa dövlətlərinin tələb etdiyi islahatların — əvvəl xristian xalqları üçün muxtariyyət, sonra müstəqilliyin Osmanlının zəifləməsi və parçalanması mənasına gəldiyini düşünürdü. Bölgədəki əhalinin təhlükəsizliyini və asayişi təmin etmək üçün, erməni quldur dəstələrinin və terrorçularının qarşısının alınmasına və gələcək rus istilasını durdurmaq məqsədilə sərhədi qorumaq üçün yeni silahlı birliklər yaratmağa qərar verdi. Bu səbəbdən 1890-cı ildən sonra Şərqi Anadoluda sərhədin təhlükəsizliyini təmin etmək məqsədilə Həmidiyyə alaylarının qurulmasını əmr etdi.

Quruluş səbəbi Rəsmi mənbələrdən başqa Həmidiyə alaylarının qurulmasının müxtəlif səbəbləri göstərilir. M. S. Lazarev alayların qurulmasının səbəbini "Kürdüstan və Kürd məsələsi" kitabının 151-ci səhifəsində belə izah edir: "Həmidiyə alayları ilə, kürdlərdən ibarət Rusiyaya qarşı güclü bir hərbi dayaq, həm də İrana qarşı hücum vasitəsi halına gətirməklə yanaşı, vacib məqsədlərindən biri də, kürdləri Osmanlı inzibati orqanlarının ciddi nəzarəti altında yaşamaq vərdişinə alışdırmaq idi. Bununla belə xristian azlıqların və ermənilərin yüksələn ərazi iddialarının qarşısının alınması niyyəti də güdülürdü".M. S. Lazarev, Kürdistan ve Kürt Sorunu. sy. 151

Nihat Gültəpə isə alayların qurulma məqsədini bu cür izah edir: "Həmidiyə alaylarının qurulmasında əsas məqsəd bu idi ki, Şərqi Anadolu üçün hüquq mühafizə orqanı olaraq hərbi intizama daxil olan qəbilələrdən faydalanmaq, müntəzəm süvari birləşmələri quraraq mümkün Rusiya istilasına qarşı hazır güc yaratmaq. xarici təxribatlara qapılmış və üsyana açıq olan elementləri, qəbilələri nəzərətdə saxlamaq və onları idarə etmək; onları nizam-intizam verərək maarifləndirmək, qəbilə daxili və xarici döyüşlərə son qoymaq və bu istiqamətdəki bütün potensialı dövlətin xeyrinə istifadə etmək. Beləliklə yollar, körpülər, məktəb binaları və s. tikmək və təmir edərək Şərqi Anadolunun yenidən qurulması üçün çalışmaq".Nihat Gültepe, Hayat Tarih Mecmuası, Temmuz 1976 sy. 48Türkiye'de İstihbaratçılık ve Mit, Erdal Şimşek, sy 56

Tarixçi Siddik Haydarani Həmidiyə alaylarının yaradılması ilə bağlı fikrində Mehmed Zəki Paşanın bu məsələni II Əbdülhəmidin ağlına yürütməsini mülahizəsini irəli sürür. Onun qeyd etdiyinə görə, Sultan II Əbdülhəmid müşaviri, Şeyx Şamilin nəvələrindən olan Mehmed Zəki Paşanın fikir və tövsiyələrinə çox dəyər veriridi. Belə ki, Sultan Zeki Paşa Van, Ərzurum və Bitlisdən təftişdən geri döndükdən sonra Anadoluda vəziyyəti necə olduğunu soruşmuşdu. Zeki Paşa isə belə cavab vermişdi: "Anadolu bütün məsələlərdə tamamilə tərk edilmişdir. Sərhədin digər tərəfində də ruslar bir çox cəhətdən bizdən irəlidədirlər. Yeri gəlmişkən, ruslardan nümunə götürməyə dəyər bir kazak sistemi var. Bundan əlavə, ruslar öz sərhədləri içərisindəki qəbilələrdən çox istifadə edirlər. Hər kəsi silah altına salmırlar, amma ildə bir dəfə ay yarım ərzində müəyyən yerlərdə toplanır, təlim alırlar və məşq edirlər, sonra evlərinə buraxırlar və sərbəst ev təsərrüfatları ilə məşğul olmalarına icazə verirlər".Hasan Sıddık Hayderanî. "Hamidiye Alaylarından Köy Koruculuğuna". Medya Güneşi Yay, İstambul. 1992. S.54.

Belə hesab edilirki, məhz Osmanlı Sultanı II Əbdülhəmidi kürd qəbilələri arasından yüngül kürd süvariləri yaratmağa sövq edən Zeki Paşanın bu sözləri olmuşdur. Digər tərəfdən, Osmanlı sultanı alayları təşkil etməkdə əsas məqsədi barədə xatirələrində belə yazırdı: "Rusiya ilə müharibə yaxınlaşır … Müharibədə yaxşı təlim keçmiş kürd alayları bizə çox böyük bir xidmət göstərə bilər. Digər tərəfdən, "tabeçiliyə" öyrəşdirilmək də onlar üçün faydalı olacaqdır".Sultan Abdülhamid Han. "Siyasi Hatıratım". S.52. Dergâh Yayınları. 1984. Beləliklə, Həmidiyəni yaradan II Əbdülhəmid sırf hərbi məqsədlər güdürdü: Rusiya ilə toqquşma vəziyyətində xəzinəyə ucuz başa gələcək kürd süvarilərini güclü bir hərbi səddə çevirmək. "Kürd ağaları, zabit vəzifələrinə yüksələcəklərindən xoşbəxt olmalıdır". Rusiya ilə müharibə başlayarsa, intizamlı alaylarda birləşmiş kürdlərimiz bizə böyük xidmətlər göstərə bilərlər… Əminəm ki, onlar çox qiymətli bir ordu olacaq."- deyə II Əbdülhəmid xatirələrində yazır."Pensees et souvenirs de Гех-sultan Abdul-Hamid", стр. 17.

Qurulması Dördüncü ordu komandanı Müşir Zeki Paşanın bu təklifini sultan dəstəkləsə də, Osmanlı paşaların böyük bir qismi ona qarşı çıxdı. Buna baxmayaraq, II Əbdülhəmid Zeki Paşaya bu işlə məşğul olmaq üçün səlahiyyətlər verdi. Ərzincanı özünə mərkəz seçən Müşir Zeki Paşa, 1891-ci ilin yazında aktiv fəaliyyətə başladı. İlk iş olaraq Mirliva Mahmud Paşanı Van, Malazgird, Xınısa göndərərək yerli tayfa və qəbilələrdən Həmidiyə Alaylarına əsgər və zabit seçiminə başlamağı əmr etdi. Bu fəaliyyət beş il sürdü. 1896-cı ildə Ərzincan, Dersim, Ərzurum, Diyarbəkir, Van, Malazgird, Urfa ve Şərqi Anadoluda bu çox yerdə Həmidiyə Süvari Alayları təşkil edildi. Bu müddət ərzində təkcə Ərzurum vilayəti daxilində 8 alay quruldu.

II Əbdülhəmidin əmri ilə alaylar İbrahim və Kerim Paşalar tərəfindən quruldu və onların tabeliyindəki bölmələr formalaşdırılmağa başlandı. Beləliklə, İbrahim və Kərim Paşalar Osmanlı tarixində nizamsız ordu qaydalarını ilk dəfə tətbiq etdilər.Türkiye'de İstihbaratçılık ve Mit, Erdal Şimşek, sy 57 Daha sonra rəsmi status vermək üçün ilk tənzimləmə (qanun) 1891-ci ildə qəbul edildi. Bu qanun 1896-cı və 1910-cu illərdə yeni qaydalarla yenidən təsdiq olundu. Alay sayı əvvəlcə 50, bir müddət keçdikdən sonra alay sayı 1908-ci ildə 65-ə yüksəldi. Alaylar əsasən Rusiya ilə sərhəd bölgələrdə — Ərzurum, Van, Bitlis, Diyarbəkir və Ərzurum vilayətlərində yerləşdirilmişdi.

Sivas vilayətində bir alay quruldu. Qurulan alaylardan yalnız 4-ü 5-ci ordunun, digərləri 4-cü ordunun tərkibinə daxil edilmişdi. Ancaq bu cür alaylardan Anadolu xaricində Tripolidə də qurulduğu məlumdur. Ad baxımından bir az fərqli olmasına baxmayaraq ilk dəfə 1880-ci ildə Yəməndə də Həmidiyə alaylarından təşkil edilmişdir. II Əbdülhəmid taxtdan salındıqdan sonra alayların mahiyyəti və adı dəyişdirildi. Həmidiyə adı Birlik və Tərəqqi Partiyası tərəfindən 1910-cu ildə dəyişdirildi. Həmən il Qəbilə Yüngül Süvari Alaylarının təşkili qanunu ilə son alaylar haqda qanun (tənzimləmə) ləğv edildi. Bu alayların adı Qəbilə Süvari alayları olaraq adlandırıldı.

Tərkibi və təchizatı 250px|thumb|left|Həmidiyə Alayının bir süvari bölüyü Həmidiyə alayları haqqında Qanunun 19-cu maddəsində qoşunların quruluşu və şəxsi heyəti haqqında aşağıdakı məlumatlar verilmişdir:

İlk dəfə 1891-ci ildə verilən əlli üç maddəlik tənzimləmədə, Həmidiyə Süvari alaylarının necə qurulacağı və tərkibinin necə olacağı izah edilirdi. Tənzimata görə: Bu alayların adları Həmidiyə Süvari Alayları adlandırıldı. Bu alaylar dörddən az və altıdan çox olmayacaqdı. Hər eskadron; Dörd komandadan hər komanda 32-dən az və ya qırx səkkizdən çox olmamalıdır. Hər alay minimum 512 və maksimum 1152 nəfərdən ibarət olacaqdır. Hər dörd alay bir liva sayılacaqdır. Böyük qəbilələrə bir və ya daha çox alay qurmaq, kiçik qəbilələrə isə bir neçə bölük yaratmaq hüququ veriləcəkdir. Bununla belə, alayların qurulması və təlim məqsədi ilə qəbilələrin birləşməsinin qarşısı alınacaq, yalnız müharibə dövründə mərkəzi hökumət və ya ordu komandanlarının əmri ilə birləşdiriləcəkdilər. Hər alaydan iki çavuş Orduyu Hümayun qərargahına göndəriləcək və məktəb alayında təlim keçəcəkdir. Bundan əlavə, hər alaydan bir uşaq seçilərək İstanbula göndəriləcək və süvarilər məktəbində təhsil aldıqdan sonra məmləkətinə və alayına leytenant rütbəsi ilə qayıtmalı idi.

Asakir-i Həmidiyə Süvari Alayları kürd və ərəb qəbilə üzvlərindən olduqları üçün, bu süvari alayların üzvlərinin hər birinin mənsub olduqları qəbilənin formada və geyimində olmaları məqsədəuyğun sayılacaqdı. Buna görə hələkil üç nümunə qəbul etmək lazımdır. Başqalarından və yerli əhalidən seçilmək üçün alayın adı və nömrəsi onun yaxasında qeyd olunacaqdır.Türkiye'de İstihbaratçılık ve Mit, Erdal Şimşek, sy 59 thumb|283x283px|Həmidiyə alaylarında xidmət edən kürd zabitlər Alay zabitləri İstanbulda hərbi təhsil almış qəbilə uşaqlarından ibarət olmalı idi. Hərbi məktəblər İstanbulda qəbilə məktəbi adı altında yaradılmışdı. Bu zabitlər yaxşı xidmət halında daha yüksək rütbələr ala biləcəkdilər.Dr. Bayram Kodaman, The Hamidiye Light Cavalry Regiments (Abdullmacid II and Eastern Anatolian Tribes)