Frank Yannik Kessye (; ) — Fildişi Sahilili peşəkar futbolçu. "Barselona" klubunun və Fildişi Sahili milli komandasının yarımmüdafiəçisi .
Klub karyerası Frank 2010-cu ildə yerli "Stella d Adjame" klubunun uşaq komandasında futbola başlayır. Klubun əsas komandasına 2014-cü ildə qoşulur.
2015-ci ildə İtaliyaya yollanaraq "Atalanta" klubu ilə müqavilə imzalayır. Gənc Frank 26 Avqustda "Çezena"ya bir mövsümluk icarəyə verilir. "Çezena"nın heyətində 26 sentyabrda B Seriyasında "Peruca"ya qarşı oyunda debut edir. .
2016/17 mövsümündən əvvəl "Atalanta"ya qayıdır. 21 avqust 2016-cı ildə A Seriyasında "Latsio" klubuna qarşı oyunda debut edir. Kessye bu oyunda əsas əsas heyətdə meydana çıxır və iki qol vuraraq debüt oyununda dubl edir. Frank 2016/17 mövsümündə "Atalanta" ilə birlikdə A Seriyasında 4-cü yeri tutur.
2017-ci ilin yayında, Kessye məcburi satınalma şərti ilə iki illik icarə əsasında, İtaliyanın Grand klublarından olan "Milan" klubuna transfer olunur. 20 avqust 2017-ci il tarixində "Milan" — "Krotone" oyununda "Milan"ın heyətində debüt edir və ilk oyununda qol vurur.
2022-ci ildə, azad agent kimi İspaniyanın "Barselona" klubu ilə 4 illik müqavilə bağlayır.
Milli komanda karyerası Kot d'İvuarın U17 milli komandasında oynayıb. 6 sentyabr 2014-cü ildə 17 yaşında Kot-d İvuar milli komandasının əsas heyətində Syerra Leone millisinə qarşı oyunda debüt edir. Ancaq ilk oyun Frank üçun uurlu olmur və 26-cı dəqiqədə görüşün əsas hakimi tərəfindən rəqibin cərimə meydançasında "Macarena" ritual rəqsi oynadığı üçün meydandan qovulur.
İstinad
Xarici keçidlər
Kateqoriya:Kot-d'İvuar milli futbol komandasının oyunçuları Kateqoriya:Kot-d'İvuar futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:Çezena FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Legioner Kot-d'İvuar futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2025 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları