Şuşa Dövlət Rəsm Qalereyası — 1982-ci ildən 1992-ci ilə qədər Şuşada fəaliyyət göstərib. 1992-ci ildən Bakı şəhərində fəliyyətini davam etdirir. İşğaldan sonra muzeyin eksponatları talanıb. Binanın özü isə bir müddət baxımsız qalıb.
Tarixi və fəaliyyəti Rəsm qalereyasının fondunda 50 rəngkarlıq, 30 qrafika əsərləri nümayiş olunur. Qalereyanın təşəbbüsü ilə Şuşanın tarixi abidələri, mənzərələri rəsm əsərlərində öz əksini tapmışdır. Qalereyanın nəzdində gənc istedadlar qrupu fəaliyyət göstərir. Təhsil alan tələbələrin əl işləri respublika və ümumittifaq sərgilərində yüksək yerlərə və mükafatlara layiq görülüb. Hər il mütəmadi olaraq sərgilər təşkil edilir. 2013-cü ildə Şuşa Rəsm Qalereyasının hazırladığı sərginin İtaliyada nümayişi keçirilib. Şuşa Dövlət Rəsm Qalereyası Şuşanın mədəniyyətini daim qoruyur və yeni əsərlərlə zənginləşdirir.
1992-ci ildə Şuşa işağl olunanda qalereyadan yalnız 8 əsəri çıxarmaq mümkün olub. Şuşanın işğalda olduğu 28 il ərzində Şuşa Dövlət Rəsm Qalereyasının fondundakı əsərlərin sayı 600-ə çatıb.
Həmçinin bax Şuşa Şuşa Tarix-Diyarşünaslıq Muzeyi Şuşa Tarix-Memarlıq Qoruğu
Xarici keçidlər Şuşa Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işləri Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
İstinadlar
Kateqoriya:Azərbaycan rəsm qalereyaları Kateqoriya:Şuşa muzeyləri