Məmmədkəbir Hacı oğlu Kərimov () — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.

Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940

İfa etdiyi əsas rollar Rol Tamaşa MüəllifHacı Qara və Naçalnik Hacı Qara Mirzə Fətəli AxundovHacı Kərim Molla İbrahimxəlil kimyagər Mirzə Fətəli AxundovŞahbaz bəy Eşq və intiqam Süleyman Sani AxundovDövlət bəy Aydın Cəfər CabbarlıAtakişi Sevil Cəfər CabbarlıAğamyan 1905-ci ildə Cəfər Cabbarlıİbad Almaz Cəfər CabbarlıAltunbay Od gəlini Cəfər CabbarlıQəşəm Məmişov Məhəbbət Mirzə İbrahimovQurban kişi Həyat Mirzə İbrahimovBəndalı Bayram günü Səttar AxundovNekrasov Çətin dərə Səttar AxundovQacar Vaqif Səməd VurğunBərbərzadə Xoşbəxtlər Sabit RəhmanKərəmov Toy Sabit RəhmanBaba Aslan yatağı Məmmədhüseyn TəhmasibŞah Nizami Mehdi HüseynSəlim bəy Qaçaq Nəbi Süleyman RüstəmMəşədi İbad və Rüstəm bəy Məşədi İbad Üzeyir HacıbəyovƏsgər və Süleyman Arşın mal alan Üzeyir HacıbəyovQəhrəman Gözün aydın Məhərrəm Əlizadə, Fikrət ƏmirovYaqo Otello Uilyam ŞekspirRüstəm Namus Aleksandr ŞirvanzadəMehdiyev Polad Qartal Aleksandr KorneyçukXan Qız qalası Rza Şahvələd

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları