Səmra Ərən-Nijhar (), Türk-alman yazıçı, sosioloq, sənədli film prodüseri, sosial və mədəni şərhçi.

Həyatı Səmra Ərən-Nijhar 6 aprel 1967-ci ildə İstanbul şəhərində dünyaya gəlmişdir. İbtidai təhsilini Türkiyədə bitirib. 1980-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçüb. Uşaqlığı həm Türkiyə də həm Almaniya da keçib. Berlin Universitetində Sosial Elmlər üzrə təhsil alıb. Universitet illərindən etibarən Avropa Parlamentində müxtəlif layihələrdə iştirak edib, seminarlar təşkil edib. Gənclik Konfranslarında Berlinin nümayəndəsi kimi iştirak edib. Türk və Alman dillərində ana dili səviyyəsində danışan və yazan Səmra Ərən-Nijhar, fransız və latın dillərini də öyrənib. Səmra Ərən-Nijhar evlidir və bir övladı var.

Fəaliyyəti Səmra Ərən-Nijhar Avropa və Türkiyədə sosial siyasət sahəsində mütəxəssisdir. O fəaliyyətində miqrasiya, yaddaş, mənsubiyyət, irs, qadınlar, gənclər, irq, kimlik və Avropa İttifaqında Türk diasporası mövzularına diqqət yetirir.

Səmra Ərən-Nijhar, “Türkiyə İrsi Böyük Britaniyada” təşəbbüsünün yaradıcısıdır və Əhməd Qarahasan ilə birgə 8 dekabr 2014-cü ildə Enfild Şurasında keçirilən "Londonda Türkiyə İrsi Günü"nün təsisçisidir. Bundan əlavə, 29 noyabr 2019-cu ildə İstanbulda Beynəlxalq Bosfor Sammitində təqdim olunan “Türkiyə İrsi Avropada” təşəbbüsünün də yaradıcısıdır.

Ərən-Nijhar 15 ildən artıq müddətdə Böyük Britaniyada ilk türk dərnəyi olan Kipr Türk Dərnəyinin (CTA) arxivlərini araşdırıb. O, bu arxivlərdəki seçilmiş sənəd, foto və nəşrləri ictimaiyyətə təqdim edən ilk və yeganə tədqiqatçıdır. Onun “London türkləri – Onların Öz Sözləri ilə” adlı əsəri Böyük Britaniyadakı Türk icmasının 80 ilini fotoşəkillər, müsahibələr və portretlərlə əks etdirir. Kitab, Britaniyada Türk diasporası haqqında ilk böyük əsərdir. Əsər 2006-cı ildə London Meri və London Bələdiyyə Başçısı tərəfindən tanıdılmış daha sonra 2007-ci ildə isə Avropa Parlamentinin üzvləri, Claude Moraes, Cem Özdəmir, Əminə Bozqurd, Vural Ögər, Türkiyənin Avropa İttifaqındakı Daimi Nümayəndəsi səfir Volkan Bozqırın iştirakı ilə parlamentdə təqdim edilmişdir.

Səmra Ərən-Nijhar iki dəfə Nobel mükafatına namizəd göstərilmiş Kiprli türk şair Osman Türkayın tədqiqatçısıdır. O şairin yaradıcılığını Avropa və Türkiyədə tanıdır. Ərən-Nijhar bir neçə il Lordlar Palatasında Lord Tarsem Kinqin məsləhətçi kimi çalışıb. Onun Ərsin Atlı ilə birlikdə 2010-cu ildə prodüserlik-rejjisorluq etdiyi "Söz Bizdə – We Have the Voice" sənədli filmi Türkiyənin milli televiziya qurumu TRT tərəfindən nümayiş etidirilib. Film Britaniya və Avropada türk və kürd mənşəli gənclərin səsini dünyaya çatdıran ilk sənədli film olub.

Ərən-Nijhar sosioloji tədqiqatlarının nəticələrinə maraq yaratmaq məqsədilə incəsənət dünyasının kreativ üsullarından istifadə edir. Onun foto sərgiləri Britaniya, Belçika və Türkiyədə nümayiş etdirilib. Onun işləri əsasən fərdlərin portretləri üzərində cəmlənib.

Ərən-Nijharın “Mənim Göyərçinlikdəki Səyahətim” adlı foto sərgisi 2017-ci ildə Britaniya Kipr Türk icmasının Böyük Britaniyaya miqrasiyasının 100 illiyini qeyd etmək məqsədilə Viktoria və Albert Muzeyində (V&A) nümayiş etdirilmək üçün dəvət alıb. Sərgi, Viktoria və Albert Muzeyində keçirilən və Britaniyada Kipr Türk icmasını əks etdirən ilk böyük foto sərgidir.

Müfakatları

2004 – Minilliyin Mükafatları Təqaüdü, Birləşmiş Krallıqda cəmiyyəti zənginləşdirən şəxsi öhdəliyinə və nailiyyətlərinə görə Ömürlük Üzvlük. 2015 – İşində üstün nailiyyətinə görə Beynəlxalq Avropa Keyfiyyət Mükafatı, İnnovasiya və Maarifləndirmə Mükafatı. 2018 – İşində üstün nailiyyətinə görə Nailiyyət Mükafatı. 2024 – Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar tərəfindən təqdim edilən Kipr türk şairi Osman Türkay haqda verdiyi töhfəyə görə sertifikat

Kitabları Kainatın şairi Osman Türkay, Cyprus Turkish Association Publications, 2011 Avropanın İlk Türk Dərnəyi — Kipr Türk Dərnəyi, Cyprus Turkish Association Publications, 2012 Kıpırtı Yazıları, Yar Publishing, 2013 Artıq Qürbət yox! (Mu?) I – There Is No More a Place far from Home! (Is There?), Ozan Publication, 2014 Turkish Heritage in the UK, SUNCUT Publishing, 2014 Londondakı Multikulturalizm — Həyatdan Portretlər, Ozan Publication, 2015 Artıq Qürbət yox! (Mu?) II – Das Gefühl in der Fremde zu sein gibt es nicht mehr! (Oder?), Ozan Publication, 2016 Turks in London-The Unheard Voices, Ozan Publication, 2017 Qadınların Dünyanı Dəyişdirən Sözləri, Ozan Publication, 2018 Londonmu dedinmi? Buyurun…, Ozan Publication, 2019 Osman Turkay Danış Patara - Tell Me Patara: Poetry, Ozan Publication,2021 Tağı Bəy, on the folk song ‘Xoş Gəlişler Ola, Mustafa Kamal Paşa’ Ozan Publication, 2022 Millennium Poet Osman Türkay, Ozan Publication, 2023 Uzay’ın Şairi Osman Türkay, Ozan Publication, 2023.

İstinadlar

Xarici keçidlər

Söz Bizde – We Have the Voice

Britaniyada foto-sərgi

Exhibition about Turkish migrant women in London coming to Waltham Forest Semra Eren Nijhar'dan 'Artık Gurbet Yok' sergisi Semra Eren Nijhar’dan ‘Gurbet Yolculuğu’

Türkiyədə foto-sərgi

Kaş'ta 'Beş Kadın Beş Sergi' Açıldı Beş kadın beş sergi Yeşilköy beldesinde düzenlenen 3. Köy Seyirlik Oyunları ve Köy Tiyatroları Buluşması çerçevesinde 5 kadın sanatçı sergi açtı.

Londonda Türk İrsi Günü

Türkiye Cumhurbaşkanlığı himayelerinde 27–29 Kasım arasında organize edilen 10.Bogaziçi Zirvesi’nde bu yıl ilk defa ‘Turkish Heritage in Europe – Avrupa’da Türklerin Politik, Ekonomik ve Tarihsel Mirası’ konulu panel düzenlendi ve Avrupa’da yaşayan Türklerin tarihsel konumu ele alınarak, konu ilk defa uluslararsı platformda tartışılmış oldu. Semra Eren Nijhar; Avrupa’da Türklerin Tarihsel Mirası

Kurduğu güçlü kadrosuyla Türk Ligi 1.Küme’nin en büyük favorisi Dumlupınar, sahasında konuk ettiği Doğan TB’yi 4-1 yenerek, rakibine ilk yenilgisini tattırırken, zirveden de indirdi. Boris Johnson backs new London Turkish Heritage Day London Turkish Heritage Day, Enfield ‘Biz Londralıyız’ Kateqoriya:Türkiyə yazıçıları