Albaniya milli geyimləri () bütöv Albaniya və alban dilində danışılan ərazilərdən və icmalardan (İtaliyada arbereşilər, Yunanıstanda arvanitlər və Xorvatiyada arbanaslar daxil olmaqla) 200-dən çox müxtəlif geyim növünü əhatə edir. Albaniya geyimlərinin yazılı tarixi antik dövrə aid olunur. Geyim İlliriya dövründən başlayaraq bu milləti digər Avropa ölkələrindən fərqləndirən amillərdən biridir.
Albaniyanın demək olar ki, hər mədəni və coğrafi bölgəsində detalları, materialı, rəngi, forması və vəziyyəti ilə fərqlənən özünəməxsus kostyum çeşidi var. Alban xalq geyimi tez-tez günəşlər, qartallar, aylar, ulduzlar və ilanlar kimi İlliriya antik bütpərəst mənşəli simvolik elementlərlə bəzədilir. Paltarlar ənənəvi olaraq toxucu dəzgahlarında formaya salınan parçalardan istehsal olunur. Ölkənin şimal hissəsində indiki zamanda belə bəzi mühafizəkar yaşlı kişilər və qadınlar gündəlik həyatlarında ənənəvi geyimlərdən istifadə edirlər. Bunun əvəzinə, cənubdan yaşayan yaşlı qadınlar tamamilə qara rəngli paltarla üstünlük verilər.
Hissələri
Albaniya geyimi aşağıdakılardan ibarətdir:
Baş geyimləri
Kişi üçün Aşağıdakı baş geyimləri kişilər üçün nəzərdə tutulmuşdur:
Qeleşe, keçe və ya plisi Albaniyada və Kosovoda və Yunanistanın və Şimali Makedoniyanın alban dilində danışan bölgələrində kişilərin geyindiyi bir papaq növüdür. Mərkəzi Albaniyada (Tirana, Durres, Kavaya) konus şəklində, şimal rayonları və Kosovoda isə dairəvi şəkildə olur. Albaniya papağı () adətən 15-18-ci əsrlərdə taxılırdı və Onufrinin əsərlərində əbədiləşdirilmişdir. Cilafe ― Albaniyanın cənubunda populyar olan yun papağı.Gjergji 2004: S. 191
Qadın üçün Aşağıdakı baş geyimləri qadınlar üçün nəzərdə tutulmuşdur:
Kapitsa ― qadınlar üçün baş geyimi. Langi, həmçinin peşgira, riza, marhame və paşnik adları ilə da tanınır. Ləvere ― sağ tərəfə meyil edən baş geyimi. Kruce ― kvadrat formalı baş geyimi.Gjergji 2004: S. 194
Şalvar və üst bədən örtükləri
Fustanella ― kişilərin geyindiyi ənənəvi ətək bənzəri geyim. Tirc ― kişilərin geyindiyi uzun şalvarlar. Brekuşa ― istər kişilərin, istər qadınların geyindiyi paltar. Cubleta ― ancaq qadınların geyindiyi paltar.
Camadan Camadan ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi jilet.
Brez Brez ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi toqqallar.
Çorape Çorape ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi corablar.
Opinqa Opinqa ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi ayaqqabılar.
Sərgi
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Albanian-Folklore.com saytında Albaniya kostyumları Erkən açıqcalarda alban xalq geyimləri Flickr.com saytında Ənənəvi Alban Kostyumları Qrupu Infoarkiv: Etnografia e rrezikuar
G Kateqoriya:Albaniyanın milli geyimləri Kateqoriya:Avropa xalqlarının milli geyimləri