Korab-Koritnik Təbiət Parkı () ― Albaniyanın şərqində yerləşən təbiət parkı. Park nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin qorunmasına xidmət edən Avropa yaşıl kəmərinin bir hissəsini təşkil edir. Ərazi vadilər, çaylar, buzlaq gölləri, mağaralar, kanyonlar, o cümlədən sıx iynəyarpaqlı və enliyarpaqlı meşələrdən ibarət 555.5 m² dağlıq ərazinin əhət edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı IV kateqoriyaya daxil etmişdir.
Korab-Koritnik Təbiət Parkı şimaldan Kosovo ilə sərhəddən başlayaraq cənubda Şimali Makedoniya sərhəddindəki Deşa dağlarına qədər uzanır. Təbiət parkı Korab dağlarının və Koritnik dağının adını daşıyır. Korab zirvəsi yüksəkliyi ilə həm Albaniya, həm də Şimali Makedoniyanın ən yüksək zirvəsidir. Dağ həm də Avropada birdən çox ölkə üçün ən yüksək nöqtə olan iki zirvədən biri və Avropanın ən məşhur 18-ci dağ zirvəsidir. Zirvə paçalanmış dağ massividir və əsasən Paleozoy dövrünə aid şist və əhəng daşından və həmçinin Triasa aid ciddi şəkildə zədələnmiş gips süxurlarından ibarətdir. Dağın qərb yamacı dik qaya divarlarından, şimal yamacı isə dağınıq qayalardan ibarətdir.
Təbiət parkında rütubətli, soyuq qışı və quru, isti yayı olan mülayim, rütubətli kontinental iqlim hakimdir. Böyük yüksəklik fərqi ilə əlaqədar olaraq ərazidə zəngin iqlim müxtəlifliyi, flora və faunaya rast gəlinir. Meşələr enliyarpaqlı və iynəyarpaqlı ağac növləri və müxtəlif yabani çiçək növlərindən ibarətdir. Bitki örtüyü hündürlüyə görə dəyişir: dəniz səviyyəsindən etibarən qarışıq enliyarpaqlı meşələr, arasında palıd meşələri, arasında isə iynəyarpaqlı və fıstıq meşələri aydın seçilir. Dağ çəmənliklərinin yamacları daha çox yarpaqlı meşələrlə örtülmüşdür. Parkda ən çox yayılmış ağac növləri Avropa ağ şamı, qara şam, bosniya şamı, balkan şamı və qara qızılağacdır. Şərq vələsi, tüklü palıd, makedoniya palıdı və çöl ağcaqayınının da daxil olduğu palıd meşələrinə isə daha aşağı hündürlüklərdə rast gəlmək olar.
Parkın faunası isə 37 məməli növü ilə təmsil olunur. Bölgədə qonur ayı, boz qurd, balkan vaşaqı, cüyür, qaban, gəlincik, meşə dələsi və sincab kimi böyük məməlilərə rast gəlinir. Park berqut, qərb tetrası, şahin, sar, qırğı, yapalaq, ağbaş kərkəs, adi bonazi tetrası da daxil olmaqla sıx quş populyasiyalarına ev sahibliyi edən yaşayış yerlərinə sahibdir.
Qalereya
Həmçinin bax Albaniya coğrafiyası Lyura Milli Parkı
İstinadlar
Kateqoriya:Albaniyanın qorunan təbiət əraziləri Kateqoriya:2011-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Albaniyadakı təbiət parkları Kateqoriya:Albaniyanın görməli yerləri