Nəsrin Sipahi (l)Krım Türkü səs sənətçisidir.

Həyatı Nəsrin Sipahi 29 noyabr 1934-cü ildə İstanbul Yeşilköy-də doğulmuşdur.İstanbul doğumlu Krım tatarı kökənli Adilə-Yunus Akçan-nın qızıdır. Yeşilköy İbtidai məktəbi və Bakırköy Orta məktəbinu bitirdikdən sonra Sənət Məktəbinin Moda və "Biçki-Dikiş" kursuna getmişdir. İngilis dilini öyrənmək üçün Amerika məktəbində oxudu. Qardaşları Nihad Akçan və Çetin Akçan tanınmış teatr sənətçiləridir.

Karyera Gənc yaşlarında musiqidəki istedadını dərk edən sənətçi, İstanbul Bələdiyyəsi Konservatoriyasında oxuyarkən Harbiyədəki İstanbul radiosunun qarşısında olan bəstəkar evində Şerif İçlidən dərs almağa başladı. Əvvəlcə janrı qərb musiqisi olsa da, nəhayət türk musiqisini oxumağa başladı. 1953-cü ildə, o dövrdə əsas musiqi tədris mərkəzi sayılan Ankara Radiosuna daxil oldu. 1960-cı ildə radiodan istefa etdi və Ankarada səhnə ifaçısı kimi işə başladı. Türkiyədəki konsertlərindən sonra bir çox xarici ölkədə də çıxış etdi. Sovet İttifaqında 1971-ci il qastrol səfərində türk dilindən əlavə Azərbaycan, rus və erməni dillərində də mahnı oxudu. Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Kanada, Avstraliya, Fas, Tunis, Suriya, Misir Kipr və İspaniyada konsert verdi. Dörd yüzə yaxın single çıxardı. O 1965-ci ildə bir filmdə də oynadı: "Kalbimdeki Serseri" . 1974-cü ildə Fənərbaxça futbol klubunun o dövrkü futbolçuları ilə birlikdə bilinən ilk marşı, sözləri Fecri Ebcioğluya məxsus olan "Yaşa Fenerbahçe"-ni oxumuşdur.O musiqiyə verdiyi töhfəyə görə 2016-cı il Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi Mükafatına layiq görülmüşdür. Nəsrin Sipahi, 9 fevral 2017 tarixində Prezident Kompleksində təşkil edilən mərasimdə mükafatını 12-ci Prezident Rəcəb Tayyib Ərdoğan-dan aldı.

Albomları 1970-ci il və sonrası 1970: (?):La Chanson D'Amour En Turquie 1970: Suat Sayın 1970: Ve İkinci Dünyası 1970: Yusuf Nalkesen'in Eserleri 1970: Nesrin Sipahi 1970: Avni Anıl'ın Eserleri 1971: Bir Bahar Akşamı 1972: Türk Sanat Müziğinden Seçmeler 1973: Ve Türk Sanat Müziğinin 12 Pırlantası 1973: Osman Nihat Akın'ın Seçme Eserleri 1983: Aşk Mevsime Bakmaz 1991: Nesrin Sipahi and The Kudsi Erguner Ensemble – Sharki (Love Songs Of Istanbul) 2009: Nesrin Sipahi'den Türküler

İstinadlar

Kateqoriya:Türkiyənin qadın müğənniləri