Qan ləkəsi analizi (QLA) () — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunurA Simplified Guide To Bloodstain Pattern Analysis , The National Forensic Science Technology Center (NFSTC), Florida International University. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir.

QLA ilə nəticələr və nailiyyətlər

Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz.

Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edirNational Research Council. Strengthening Forensic Science in the United States: A Path Forward. Washington, DC: The National Academies Press, 2009. Archived. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar. Kurs meyarları Beynəlxalq Qan Sprey Mütəxəssisləri Birliyi (IAEBC) tərəfindən hazırlanmışdırAdam Janos. How Bloodstain Pattern Analysis Works and Why It's So Controversial , A&E Television Networks.

İstinadlar

Əlavə mənbələr Bevel, Tom; Gardner, Ross M. Bloodstain Pattern Analysis With an Introduction to Crimescene Reconstruction, 3rd Ed. CRC Press 2008

Hueske, Edward E., Shooting Incident Investigation/Reconstruction Training Manual, 2002 Bremmer et al., Biphasic Oxidation of Oxyhemoglobin in Bloodstains. PLoS ONE 2011. James, Stuart H, Eckert, William G. Interpretation of Bloodstain Evidence at Crime Scenes, 2nd Edition, CRC Press 1999. Neitzel, G. Paul, Smith, Marc. The Fluid Dynamics of Droplet Impact on Inclined Surfaces with Application to Forensic Blood Spatter Analysis. Washington, DC: Office of Justice Programs, 2017. Solomon, Berg, Martin, & Villee. Biology, 3rd edition. Saunders College Publishing, Fort Worth, 1993. Sutton, Paulette T., Bloodstain Pattern Interpretation, Short Course Manual, University of Tennessee, Memphis TN 1998 Vennard, John King. Elementary fluid mechanics. John Wiley & Sons, New York, 1982.

Xarici keçidlər Beynəlxalq Qan Ləkəsi Analitikləri Birliyi (IABPA) Cinayət Sahəsinin Yenidənqurma Assosiasiyası Qan Ləkəsi Analizi Terminologiyası - SWGSTAIN terminologiyası nümunələrlə Qan Ləkəsi Analizi Tədqiqatı - BPA ilə əlaqəli tədqiqat məqalələrinin verilənlər bazası

Kateqoriya:Qan Kateqoriya:Kriminalistika ölçüləri Kateqoriya:Qan testləri