Şahrudin Məhəmməd oğlu Məhəmmədəliyev () — ləzgi əsilli azərbaycanlı futbolçu, Azərbaycan milli komandasının və "Qarabağ" futbol klubunun qapıçısı.

Karyerası Şahrudin, 2009-cu ildə Moskvanın "Torpedo" klubunun uşaq komandasına qoşularaq futbol öyrənməyə başlayır.

2013-cü ildə Rusiya həvəskarlar liqasında oynayan "Strogino" klubuna qoşulur.

2013-cü ilin yayında futbolçu Azərbaycanın "Şahdağ Qusar" klubunda peyda olur.

2014-cü ilin yayında "Sumqayıt" klubuna dəvət edilir. Şahrudinin "Sumqayıt" klubunda debütu 8 fevral 2014-cü ildə "Şüvəlan" klubuna qarşı oyunda baş tutur.

16 yanvar 2016-cı il tarixində "Qarabağ" klubuyla müqavilə imzalayır. Klubdakı debütünü 6 fevral 2016-cı ildə Azərbaycan Premyer Liqasında "Xəzər-Lənkəran" ilə olan oyunda (3:0) baş tutur. 20 may 2019-cu ildə "Qarabağ FK" ilə yeni üç illik müqavilə imzalayır.

Avropadakı ilk oyunu 2019-cu ildə UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqun "F91 Düdelanj" komandasına qarşı oyunda baş tutur.

Məhəmmədəliyev 2023-2024 sezonunu Türkiyənin "Adana Dəmirspor" klubunda oynayıb. 2024-cü ilin 18 iyulunda o, "Qarabağ" ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayaraq yenidən kluba dönüb.

Uğurları

Klub Qarabağ FK Azərbaycan Premyer Liqası çempionu: (6) 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2024/25 Azərbaycan Premyer Liqası gümuş medal: (2) 2020/21, 2025/26 Azərbaycan Kuboku: (4) 2015–16, 2016–17, 2021–22, 2023–24

Milli komanda Azərbaycan U-23 milli komandası İslam Həmrəyliyi Oyunları: (1) 2017

İstinadlar

Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular