Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır.
Mövzu Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Film heyəti Atakan Özyurt — Atakan Bilal Hancı — Bilal Fatih Yasin — Fatih Mətin Akpınar — İsmət baba Ərkan Can — Burhan Güvən Kıraç — Ümid Zuhal Yalçın — Neşe Pərihan Savaş — Busənin anası Cihan Ünal — Ünal Səlahətdin Taşdöğen — muxtar Ruhi Sarı — Fərid Ece Seçkin — qonaq aktyor Funda Arar — qonaq aktyor Feride Hilal Akın — Busə Enes Batur — qonaq aktyor Uras Benlioğlu — qonaq aktyor Yusuf Aktaş — Mərtcan Nilgün Kasapbaşoğlu — dəbli bəyin anası Çağla Demirel — qonaq aktyor Kaya Giray — qonaq aktyor Şeyda Eroğan — xadimə Erhan Yazıcıoğlu — dəbli bəyin atası Burak Tamdoğan — Kazım Sabri Muran — nikah şahidi 2
İstinadlar