Dovşan Piter () — eyniadlı uşaq kitabı personajı əsasında çəkilmiş 2018-ci ilin komediya filmi. Mövzu Dovşan Peter 3 bacısı və kuzeni Berjamin ilə birlikdə yaşayır. Günlərini Mkqreqorun bağından meyvə-tərəvəz oğuramaqla keçirirlər. Qalan vaxtlarını isə yaxınlıqda yaşayan, dovşanların və təbiətin şəkillərini çəkən Bi ilə keçirirlər. Peterin atası Mkqreqor tərəfindən öldürüldükdən və anası öldükdən sonra Bi dovşanlara analıq etməyi öz üzərinə götürür. Bir gün Peteri tutmaq istəyən Mkqreqor ürək tutmasından ölür. Dovşan Peter isə iddia edir ki, Mkqriqoru o öldürüb. Mkqreqor öləndən sonra Peter bütün heyvanları evə dəvət edir və heyvanlar evi ələ keçirir.

Bu sırada Mkqriqorun gərgin, idarə etəyi sevən Londonda yaşayan böyük qardaşı oğlu Tomas oyuncaq firmasında işləyir və müdir köməkçisi vəzifəsinə yüksələcəyini gözləyir. İşə o qədər bağlıdır ki, əmisinin ölümünü soyuqqanlılıqla qəbullanır. Müdir köməkçisi vəzifəsi isə onun yox, müdir qohumunun təyin olunduğunu eşidəndə özünü itirir və ətrafı dağıtmağa başlayır. Buna görə də işdən qovulur. Tomas öyrənir ki, əmisinin mülkü ona miras qalır. O qərar verir ki, bu mülkü dəyərləndirməklə öz oyuncaq mağazasını aça bilər. Buna görə də Binin etirazlarına baxmayaraq heyvanları bağçadan uzaq tutmaq üçün çəpəri yüksəltdi. Peter və Benjamin bağçaya tərəvəz oğurlamaq üçün bağçaya girəndə Benjamini tutur və onu suya boğmaz istəyir. Amma Petergil onu qurtarır.

Tomas və Bi aşiq olurlar. Bununla belə Tomas və Peter bir-birlərinə "müharibə" elan edirlər. Tomas dovşanlar üçün partlayıcı tələlər qurur.

İstinadlar

Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:2018-ci ilin 3D filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Avstraliya filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Toyuqlar haqqında cizgi filmlər Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Danışan heyvanlar haqqında filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2018-ci ilin dram filmləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Canlı aktyorlar və animasiyanın olduğu filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:Kinematoqrafiyada reklam və marketinq qalmaqalları Kateqoriya:Sidneydə çəkilən filmlər